Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir.

Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular.Togan, s.399 Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır.Kurat, s.33 Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü.Vasiliyev, s. s.298Günah Çıkartıcı Theofanis, Günah Çıkartıcı Theophanes Vakainameleri (kronikler), Oxford University Press, 1997. ISBN 0-19-822568-7 sf. 520

İstinadlar

Ədəbiyyat Togan, Zeki Velidi. Hazarlar md. İslam Ansiklopedisi, Cilt V, İstanbul, 1970 Kurat, Akdes Nimet. IV-XVIII. Yüzyıllarda Karadeniz Kuzeyindeki Türk Kavimleri ve Devletleri, Murat Kitabevi, Ankara, 1992. ISBN 975-7734-00-4 Vasiliyev, Aleksandr Aleksandroviç. Bizans İmparatorluğu Tarihi I, İstanbul, 1943.

Kateqoriya:Xəzər xaqanları Kateqoriya:VIII əsr Avropa monarxları Kateqoriya:VII əsr Avropa monarxları