Mahmud Kamil Paşa () (d. 1880, Hələb - ö. 1922, İstanbul)Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, p. 27. — Osmanlı ordusunun generalı.
Həyatı 1880-ci ildə Hələbdə anadan olmuşdur. 1902-ci ildə Baş Qərargahın hərbi məktəbini bitirdikdən sonra 5-ci orduya göndərildi. Balkan müharibələrində Şkoder qalasının komandiri təyin edildi. Bundan sonra əvvəl 5-ci, daha sonra isə 4-cü korpusda xidmət etməyə başladı. Birindi Dünya müharibəsi illərində Müharibə Nazirliyində xidmət göstərdi. 1914-cü ildə 2-ci ordu, 1915-ci ildə isə 3-cü ordu komandirliyinə təyin edildi. Müharibə Nazirliyindəki vəzifəsinə qayıtmaq bir il çəkdi. Müharibənin sonuna beş ay qaldığı vaxtda beşinci ordusunun komandirliyinə təyin edildi.
1922-ci ildə səhhətində problemlər olduğu üçün hərbi xidmətdən ayrıldı. O, həmin ildə İstanbulda vəfat etdi.
Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi
İstinadlar
Xarici keçidlər İşte tehcirin uygulanmasını ve Doğu’daki bütün Ermeniler’in sürülmesini başlatan mektup!
Kateqoriya:1880-ci ildə doğulanlar Kateqoriya:1922-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyə generalları Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:Osmanlı paşaları