Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir.
Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir.
Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır.
Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər. ABŞ-nin Missuri ştatının Sent-Luis dairəsindəki Ferquson şəhərində Darren Vilson adlı ağ dərili polis nəfərinin 18 yaşlı qara dərili Maykl Braunu səhvən qətlə yetirməsinə istinad edən “Şezlonq” seriyası xüsusi müzakirələrə səbəb olaraq həm çoxsaylı tərif, həm də tənqid almışdır. Bir çoxları şouranner Şonda Raymsı televiziya üçün qeyri-adi olan dialoqlara, silahsız qara dərili gəncin güllələnməsi ətrafındakı hadisələrin əks etdirilməsinə görə tərifləmiş, bəziləri isə hadisələrin qeyri-real və emosional təsvir edilməsinə görə onu tənqid etmişlər.
Məzmunu
Mövsümdə hadisələr Zənzibar sahillərində izolyasiya olunmuş adada Ceyklə keçirilmiş iki aydan sonra Oliviyanın Vaşinqton şəhərinə qayıtması ilə başlayır. Kuinn Oliviyanın harda olmasını öyrənə bilir və onunla əlaqə saxlayaraq Harrisin öldürülməsini xəbər verir. Təcili Vaşinqtona gələn Oliviya köhnə dostu Harris üçün dəfn mərasimi təşkil edir. Bu mərasim Oliviyanın şəhərdən uzaqlaşmasından sonra bir-biri ilə əlaqələrini itirmiş və hərəsi bir yerdə çalışmağa başlamış (Ebbi Ağ evdə, Qek isə məişət texnikaları təmiri mağazasında çalışır) keçmiş həmkarların bir araya yığılması üçün bəhanə olur.
Mövsümün birinci yarısında Cerri Qrantın qətlinə görə Ceykin həbs edilməsi, Rouenin Tomu onun adını çəkməyə məcbur etməsindən bəhs edilir. Fitzin göstərişi ilə həbs edilən Ceyk Pentaqonun altındakı zirzəmidə saxlanılır və dindirilir. Lakin, Oliviya Ceykin günahkar olmağına inanmır. O, Toma təzyiq göstərərək əslində qətlin arxasında Rouenin durduğunu aşkara çıxarır və bu haqqda Fitzi məlumatlandırır. Onlar birlikdə Rouenin həbs edilməsi planını hazırlayırlar. Hüquq naziri olan Devid də bu işdə onlara kömək etmək qərarı verir. Həbs edilmə təhlükəsi ilə üzləşdiyini başa düşən Komandir B613-üç fəaliyyəti ilə bağlı bütün sənədləri məhv edir, agentlərə isə bir-birilərini öldürməyi tapşırır. Məhkəmənin ilk dinləməsindən sonra isə bütün andlılar qətlə yetirilir.
Oğlunun ölümündən sonra çətinliklə özünə gələn Melli Fitzdən sonra ABŞ Prezidenti olmağa qərar verir və seçkiqabağı kompaniyada Elizabet Nortla birlikdə çalışmağa başlayır. Sayrus, Elizabet Nortun gizlincə göndərdiyi eskort xidmətçisi Mayklla görüşməyə başlayır. Lakin, təhlükəni başa düşdükdə kömək üçün Oliviyaya müraciət edir və Oliviya çıxış yolunun onların evlənməsində olduğunu deyir. Ağ evdə Maykl və Sayrus üçün eynicinsli nikah təşkil edilir.
Mövsümün ikinci yarısında Oliviya naməlum şəxslər tərəfindən qaçırılır və bir müddət sonra qara bazarda auksiona çıxarılır. Məlum olur ki, Oliviyanın qaçırılmasında vitse-prezident Endryu günahkardır. O, Prezidenti şantaj edərək ABŞ-nin Qərbi Anqolaya müharibə elan etməyəcəyi təqdirdə Oliviyanın öldürüləcəyini bildirir. Lakin, Oliviya manipulyasiya edərək azadlığa çıxa bilir. Əsirlikdən qayıtdıqdan sonra Oliviya başına gələnləri unutmaq üçün iş həyatına qayıdır. Yeni vitse-prezident axtarışında olan Fitz, Sayrusu təklifi ilə Virciniya senatoru Syuzan Rossu bu vəzifəyə təyin edir. Mövsüm finalına yaxın Oliviya şirkət işçiləri ilə birlikdə B613-ün birdəfəlik məhv edilməsi və Rouenin həbs edilməsi üçün fəaliyyətə başlayır. Smitsonian İnstitutundakı yeyintilərə görə Rouen həbs edilir.
Aktyorlar və personajlar
Əsas heyət
Kerri Vaşinqton — Oliviya Poup Skott Foli - Ceykob "Ceyk" Ballard Debri Stençfild — Ağ ev Mətbuat Katibi Ebigeyl "Ebbi" Uilan Keti Lous — Kuinn Perkins Gilyermo Dias — Qek Ceff Perri — Ağ ev aparatının rəhbəri Sayrus Bin Toni Qolduin — ABŞ Prezidenti III Fitcerals «Tits» Tomas Qrant Coşua Malina — Devid Rouzen Bellami Yanq — birinci xanım Melodi "Melli" Qrant
İkinci heyət
Portiya de Rossi - Elizabet Nort Co Morton - Rouen "Elay" Poup Metyu Del Neqro - Maykl Ambruso Corc Nyubern - Çarli Con Tenni - Vitse-prezident Endryu Nikols Brayan Letşer - Tom Larsen Artemis Pebdani - Vitse-prezident Syuzan Ross Brayan Vayt - Franklin Rassell Erika Şaffer - Xəbər müxbiri Pol Adelşteyn - Leo Bergen Casika Nikol - Kim Munoz Xandi Aleksander - Maya Lyuis/Mari Uolles Ceyson Batler Harner - Yan Vuds/Yan MakLod Çed Donella - Qas Keyt Burton - Salli Lenqston Şarmila Devar - Loren Vellman Kornelius Smit kiçik - Markus Uolker Makkenzi Astin - Noy Beyker
Qonaq ulduzlar Kelen Koleman - Keyt Uorner Cessika Tak - Senator Stefani Von Meri MakKormak - Liza Elliot Coş Rendall - Ceyms Elliot Sonya Uolger - Ketrin Uinslou Meri Mauser - Karen Qrant Kerol Lokatell - Birinci xanım Bitsi Kuper Brayan Benben - Leonard Frensis Karnehan Maykl Trukko - Ştat senatoru Çarlz "Çip" Putni Robert Beyker - Otto Marla Gibbs - Rouz Henri Yan Kusik - Stefan Finç Kortni B. Vans - Klerans Parker Cimmi Kimmel - özü Lena Danem - Syuzan Tomas Emili Berql - Canet Bin Den Bukatinski - Ceyms Novak Loren Bouls - Harmoni Qlenn Morşouer - Admiral Con Houli Dan Bird - Vircil Plunkett
Seriyalar
{| class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background: #DAA520;" | No. ! style="background: #DAA520;" | # ! style="background: #DAA520;"| Ad ! style="background: #DAA520;"| Rejissor ! style="background: #DAA520;"| Ssenari müəllifi ! style="background: #DAA520;"|İlk efir tarixi ! style="background: #DAA520;"| İstehsalkodu ! style="background: #DAA520;"| ABŞ-də izləyicilər(milyon)
İstehsal İnkişaf
Qalmaqal serialının dördüncü mövsümünün çəkiləcəyi ABC telekanalı tərəfindən 9 may 2014-cü ildə elan edilmişdir. 13 may 2014-cü ildə ABC yeni yayım cədvəlini və Qalmaqal serialı üçün yeni yayım vaxtını elan etdi. Serialın yayım vaxtə Cümə axşamı axlansa da, “ShondaLand Production Company”nin yeni teleserialı olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialı üçün yayım vaxtı yaratmaq məqsədi ilə 9:00 pm-ə keçirilmişdir. 2014-cü ilin avqustunda ABC Cümə axşamı praymtaym yayımını planlaşdırır və həmin gün yayıma “ShondaLand”ın dramları “Ehtiras anatomiyası”, “Qalmaqal”, “Qətlə görə məsuliyyətdən necə qaçmalı” və “Tanrıya şükür, cümə axşamıdı” verilişi daxil olmuşdur. Bu, ABC-nin Cümə axşamları ailə komediyaları yayımlanan TGIF blokuna və NBC-nin 1990-cı illərdən dəyişilməyən “Must See TV” blokuna təsir edir.
ABC-nin payız efir cədvəli 30 oktyabr 2014-cü ildə yayımlanmış, həmin cədvəldə digər "TGIF" şouları “Ehtiras anatomiyası” və “Qətlə görə məsuliyyətdən necə qaçmalı” kimi “Qalmaqal”ın da doqquz seriyasının yayımlanacağı, payız finalının isə 20 noyabr 2014-cü ildə efirə veriləcəyi bildirilmişdir. Digər 13 seriyanın yayımına qış tətillərindən sonra 29 yanvar 2015-ci ildə başlanmış və mövsüm finalı 14 may 2015-ci ildə efirə verilmişdir. Serialın beşinci mövsümünün çəkiləcəyi isə 7 may 2015-ci ildə elan edilmişdir.
Hazırlıqlar
Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını qeyd edir. Bir neçə gün sonra mövsümlə bağlı aktiv işlərə başlanmışdır. 24 iyul 2014-cü ildə birinci seriyanın ilk səhnə məşqləri keçirilmiş, Rayms elə həmin gün premyera seriyasının adını açıqlamışdır. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır.
Ssenari yazılması
Müsahibə zamanı serialın şouranneri Şonda Rayms bildirmişdir ki, dördüncü mövsümdə Derbi Stençfildin personajı Ebbi Uilanın xarakterinin açılmasına xüsusi yer ayrılacaq. O, deyir ki, “Dördüncü mövsüm Ebbinin mövsümüdür. Bu, əvvəldən belə düşünülmüşdü. Ebbi haqqında bildiyimiz bir çox hadisələr məhz bu mövsümdə göstəriləcək.” Rayms həm də Harrison Rayt adlı personajın taleyinə aydınlıq gətirərək onun öldürüldüyünü təsdiqləyir. O, deyir ki, Oliviyanın şirkətində çalışanlardan hər biri bu ölümü müxtəlif şəkildə qəbul etsələr də, itkini ən çətin qəbul edən Oliviya olur. Rayms deyir ki, “Ebbi üçün isə hər şey daha dağıdıcı şəkildə olacaq. Siz onun hər çeyi necə gözlənilməz yolla qəbul etdiyinin şahidi olacaqsız.” Harrisonun taleyi haqqında eşitdikdə Oliviya geri qayıdaraq hər kəsi ətrafında toplamağa çalışır. Xəyanət hər kəsi və həmişəlik dəyişir, Oliviya səhvlərini düzəltməyə çalışır.
Şonda Rayms bildirir ki, üçüncü mövsümdə daha çox yeni personajlarla tanışlığa diqqəta ayrılsa da, dördüncü mövsümdə personajlarının xarakteriin inkişaf etdirilməsinə daha çox diqqət veriləcək. Rayms izah edir ki, “Kerri Vaşinqton gün ərzində 14 saat işləyə bilmədiyinə görə, biz hekayəmizi müxtəlif yollarla nəql etməyə çalışırıq, bu da digər personajların da inkişaf etdirilməsi üçün yaxşı yoldur.”
Aktyor seçimi 170px|thumb|left|Ellen DeCeneres Twitter hesabında həyat yoldaşı Porşa de Rossinin serialın aktyor hesabına qatıldığı elan etmişdir. Dördüncü mövsümdə doqquz əsas rol vardır ki, onların da səkkizi birinci mövsümdən serialın əsas aktyor heyətində olan aktyorlar tərəfindən canlandırılmışdır. Kerri Vaşinqton serialın protaqontisti olan, şəxsi böhran menecmenti şirkəti olan Ağ evin Əlaqələr Rəhbəri olmuş Oliviya Poup rolunu canlandırmışdır. Skott Foli prezidentin oğlunu öldürməkdə günahlandırılaraq həbs edilmiş Kapitan Ceyk Ballardı canlandırır. Derbi Stençfild Oliviyanın şirkətindən ayrıldıqdan sonra Ağ evin Mətbuat Katibi kimi çalışan Ebbi Uilanı canlandırır. Keti Lovs Kuinn Perkins, Gilyermo Diaz isə Oliviya ilə çalışan Qek adlı personajı canlandırır. Ceff Perri Ağ ev administrasiyasının rəhbəri Sayrus Bini canlandırır. Coşua Malina keçmiş ABŞ Federal Prokuroru, sonradan Ali prokuror olmuş Devid Rozeni canlandırır. Bellami Yanq, oğlunun öldürülməsinə görə əziyyət çəkən, daha sonra isə Virciniya senatoru olan Birinci xanım Melodi “Melli” Qrantı, Toni Qoldvin isə ABŞ Prezidenti IIII Fitcerald “Fitz” Tomas Qrantı canlandırır.
25 aprel 2014-cü ildə aktyor Kolumbus Şortun şəxsi səbəblərə görə seriala qayıda bilməyəcəyi elan edilir. Müsahibə zamanı Şonda Rayms bildirir ki, Şortun personajı Harrison Rayt öldürülüb. Televiziya aparıcısı Ellen DeCeneres şəxsi Twitter hesabında bildirir ki, həyat yoldaşı Portşa de Rossi serialda rol alacaq.