Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; ) — Azərbaycan aşığı.
Həyatı Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olubAşıq qadınların antologiyası. Bakı: 2010. Səh. 29. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub. 1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub.
Yaradıcılığı 14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.
Kitabları "Duman gəlib dağlarıma"
Həmçinin bax Mikayıl Azaflı Aşıq Pəri Məclisi
Xarici kecid "Aşıq Pəri İnciləri" şeir antalogiyası haqqında Məşhur aşığın qızı: "Atam Stalinin üzünə mürəkkəb tökdüyü üçün qaçaq düşdü
İstinadlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Tovuz rayonunda doğulanlar Kateqoriya:Aşıq Pəri Məclisinin üzvləri