right|thumb|220px|Sui-qəsdi ortaya çıxardan Kritli Şövqinin yazdığı 15 iyun 1926-cı il tarixli bildiriş məktubu. İzmir sui-qəsdi — Türkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır.
Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər.
Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər. Bu iki mərhələdə ümumi 131 müttəhim haqqında təhqiqat aparılarkən, bunların 34-ü mühakiməyə ehtiyac görülməyərək azadlığa buraxılmışdır.
Arxa plan thumb|Mustafa Kamal Atatürk Bursa ziyarəti zaman mindiyi Gülcamal gəmisi ilə Mudanya sularında, 5 iyun 1926-cı ildə. Osmanlı imperiyasının məğlubiyyəti ilə bitən Birinci Dünya müharibəsinin ardınca 1918-ci ilin noyabr ayında təşkil edilən konqres ilə özünü buraxan İttihad və Tərəqqi cəmiyyətinin üzvləri bir necə qrupa bölünmüşdü. Bir qrup sultanla tərəfdaşlığa başlamış, cəmiyyətin liderlərindən bir qrup xaricə qaçmış, III qrup isə Qurtuluş müharibəsinə qatılmışdı. Son qrup da öz daxilində milli dövlət qurmağa tamamən tərəfdar olanlar və milli hərəkatın zəfərinin ardından köhnə sistemin yenidən qurulmasını istəyənlər olaraq ikiyə ayrılmaqda idilər. 1922-ci ilin yanvar ayında İstanbulda Qara Kamal bəy tərəfindən İttihad və Tərəqqi cəmiyyətinin yenidən qurulması üçün işə başlanıldı. 29 noyabr 1922-ci ildə İstanbulda Qara Kamal bəyin rəhbərliyində köhnə cəmiyyət üzvlərinin qatılımı ilə gizli iclas keçirildi. Mustafa Kamal Atatürk tərəfindən cəmiyyətin yenidən qurulma fəaliyyətlərinə mane olmaq üçün İstanbula göndərilən Qılınc Əli bəy və Əli İhsan bəyin Qara Kamal bəy ilə danışmasından sonra bu gizli fəaliyyətə son verilmədi. 1923-cü il seçkilərindən əvvəl məqalə yayımlayan köhnə İttihad və Tərəqqi üzvü və İstanbulu təmsil edən deputat Hüseyn Cahid bəy, İttihad və Tərəqqinin bu seçkilərə qatılmayacağını yazmışdı. Ləğv edilmiş partiya adına yazılar yazan Hüseyn Cahid bəy 7 may 1915-ci ildə Çoruma ömürlük sürgünə məhkum edilmiş, qəzeti Tanin isə 16 aprel 1915-ci ildə qapadılmışdı.
Mərkəzi hakimiyyətə qarşı fevral 1925-ci ildə başladılan və 1925-ci ilin yazında yatırılan Şeyx Səid üsyanından sonra, 4 mart 1915-ci ildə qəbul edilən Takrir-i Sükün qanuna istinad edilərək müxalif mətbuat susdurulmuş, 17 noyabr 1924-cü ildə qurulan və daxilində bəzi İttihad və Tərəqqi üzvlərinə yer vermiş, Kazım Qarabəkir paşanın rəhbərliyini etdiyi Tərəqqipərvər Cümhuriyyət Firqəsi də "dini hisslərə əsaslanaraq üsyanı dəstəklədiyi" səbəb göstərilərək 3 iyun 1925-ci ildə qapadılmışdı. Ancaq partiya deputatları bitərəf olaraq TBMM-dəki varlıqlarını davam etdirirdilər. Partiyanın qapadılmasından sonra İttihad və Tərəqqi cəmiyyətinin CHP-yə qatılmayan bəzi üzvləri gizli müxalif hərəkat olaraq İstanbulda var olmaqda idi.
Digər tərəfdən 7 may 1926-cı ildə Ankaradan ayrılaraq ölkənin müxtəlif yerlərinə qatarla ziyarətlər etməyə başlayan Mustafa Kamal 8 mayda Əskişəhər və Afyonqarahisardan keçərək Akhisara, oradan da Konyaya çatdı. 9 mayda Tarsusa, 10 mayda Mersinə, 16 mayda Adanaya, 18 mayda təkrar Konyaya, 20 mayda Bursaya, 13 iyunda isə Balıkesirə getmiş, 14 iyunda isə İzmirə getməyi planlamışdı.
Sui-qəsdin üstünün açılması və həbslər thumb|Sui-qəsd planının hazırlayıcılarından, TBMM I çağırış Lazıstan millətvəkili Ziya Xurşud bəy. Balıkəsirdə olduğu zaman Mustafa Kamal paşa özünə qarşı İzmirdə sui-qəsd təşkil ediləcəyi məlumatını İzmir valisi Kazım bəydən aldı. Bu teleqrafda sözügedən sui-qəsd planını ortaya çıxaran məktub planda olan adlardan biri olan Kritli Şövki tərəfindən yazılmışdı. Teleqraf çatandan sonra 15 iyun gününü Balıkəsirdə qalmasından sonra Mustafa Kamal paşa yarım qalan gəzintisinə davam etmək və yaşananlar haqqında daha detallı məlumata sahib olmaq üçün 16 iyun günü İzmirə gəldi. Digər tərəfdən 14 iyun günü Baş Nazir İsmət İnönü də İzmirdən aldığı məlumatlarla sui-qəsd planını öyrənmişdi. İsmət İnönünün İstiqlal məhkəməsi prokuror və hakimlərinə özünə gələn teleqrafları göstərməsinin ardıyca ilk iş olaraq qapadılmış Tərəqqipərvər Cümhuriyyət Firqəsi deputatlarının hamısının həbs edilməsinə, evlərinin yoxlanılmasına və tapılan bütün sənədlərin İzmirə göndərilməsinə qərar verildi. İstiqlal məhkəməsi heyəti isə İzmirə 17 iyunda İzmirə çatdı.
Sui-qəsdin öyrənilməsinin ardıyca teleqrafda adı keçən şəxslərin həbs edilməsi üçün əməliyyata başlayan İzmir polisi ilk olaraq Ziya Xurşud bəyi qaldığı Qaffarzadə hotelində yatağının altında gizlətdiyi silah və bombalarla birlikdə həbs etdi. Laz İsmayıl, Gürcü Yusif və Çopur Hilmi Raqib paşa hotelindı, Sarı Efe Ədib bəy isə İstanbuldakı Bristol hotelində həbs edildi. Digər tərəfdən İstiqlal məhkəməsi heyəti Ankaradan ayrılmamışdan əvvəl köhnə Tərəqqipərvər Cümhuriyyət Firqəsi deputatlarının və bir necə köhnə İttihad və Tərəqqi cəmiyyəti üzvünün həbs edilməsinə qərar vermişdi. Həbs edilənlər arasında Türkiyə İstiqlaliyyət müharibəsində yer almış Kazım Qarabəkir paşa, Əli Puad paşa, Cəfər Təyyar, Bəkir Sami bəy, Rüştü paşa, Refet paşa ilə köhnə maliyyə naziri Cavid bəy də var idi. Lakin baş nazir İsmət İnönü Ankarada həbs edilən Kazım Qarabəkir paşanın günahkar olmasına inanmadığı və deputatlıq toxunulmazlığının belə bir həbs etməyə mane olduğunu əsas gətirərək azad etdirdi. Araya Mustafa Kamal Atatürkün girməsi ilə İzmirə gedən İsmət İnönü məhkəmənin nəticələrini gözləyəcəyini elan etdi. Sui-qəsd cəhdi və onu törətmək istəyənlərin həbs edilməsi bilgisi 18 iyun günü Hakimiyyət-i Milliyə qəzetində yayımlanan bəyanat ilə ictimaiyyətə elan edildi. İstiqlal məhkəməsinin Anadolu agentliyinə verdiyi məlumata görə ilk mərhələdə Ankara, İzmir və İstanbulda ümumi olaraq 49 nəfər həbs edilmişdi. Cəhdin xalq tərəfindən öyrənilməsindən sonra başda İzmir olmaqla bir çox yerlərdə mitinqlər keçirildi.
İzmir məhkəmələri və sui-qəsd planı Məhkəmələr 26 iyun günü Elhamra kinoteatrı salonunda başladı. İstiqlal məhkəməsi heyətinin rəhbərliyini Afyonqarahisardan deputat olan Əli Çətinqaya edərkən, üzvlüklərini Qaziantepdən deputat olan Qılınc Əli paşa və Aydından deputat olan Rəşid bəy, ehtiyat üzvlüyü isə Rizedən deputat olan Laz Əli edirdi. Prokuror isə Dənizlidən deputat olan Nəcib Əli bəy edirdi. Məhkəmə üzvlərinin 4-nün adının Əli olmasına görə bu məhkəməyə bəzən Əlilər məhkəməsi də deyilir. Müttəhimlər birbaşa sui-qəsddə iştirak edənlər, sui-qəsdi hazırlayanlar, sui-qəsdə birbaşa olaraq qatılmayıb, lakin Atatürk inqilablarına qarşı olan ittihad və Tərəqqiçilər, qapadılan Tərəqqipərvər Cümhuriyyəti firqəsi üzvləri və Paşalar olmaqla 4 qrupa ayrılaraq mühakimə edildi. thumb|Nəcib Əli, Əli Çətinqaya və Qılınc Əli məhkəmə salonuna hərəkət edərkən. Keçirilən istintaq tədbirləri nəticəsində prokuror Nəcib Əli bəyin hazırladığı iddianamədə sui-qəsd cəhdinin kimlər tərəfindən, necə və nə vaxt planlandığı şübhəlilərin ifadələri əsasında qeyd edildi. Bu iddianaməyə görə sui-qəsdin ilk öncə Ankarada olunması planlanmışdı və Türkiyə Böyük Millət Məclisində I dövr Lazıstan millətvəkili olan Ziya Xurşud bəy, oğurluğa görə əvvəllər həbs edilmiş Laz İsmayıl və Gürcü Yusif buna görə İzmit millətvəkili Əhməd Şükrü bəyin maddi yardımı ilə Ankaraya hərəkət edərək buradakı Tərəqqipərvər Cümhuriyyət firqəsinin baş mərkəzində qonaq olaraq qalmışdılar. Daha sonra Əhməd Şükrü bəyin evindəkı danışıqlarda sui-qəsdin yeri üçün Əskişəhər millətvəkili Arif bəyin Çanqaya yolu üzərindəki evinin qarşısındakı baxçası və döngələri, sonra da TBMM binası və nazirlər şurasının yığıldığı bina ilə Anadolu klubu düşünülsə də, Ziya Xurşud bəyin qardaşı olan Ordu millətvəkili onlara mane olmuşdu. Ərzincan millətvəkili Sabit bəyin də sui-qəsdi hökumətə bildirəcəyi barədə hədələrindən sonra bu plandan əl çəkildi. Sui-qəsdin daha sonra Bursada edilməsi düşünülsə də Laz İsmayıl diqqət çəkməmək üçün yanına Naciyə Nemət adlı qadını alaraq burada etdiyi müşahidələr nəticəsində şəhərin belə bir plan üçün uyğun olmadığını müəyyən etdi. ən sonunda sui-qəsdin İzmirdə edilməsi qərarlaşdırıldı. İstanbuldakı Əhməd Şükrü bəydən lazımi silah-sursatə v\ pulu alan Ziya Xurşud bəy, Laz İsmayıl və Gürcü Yusif 15 iyunda Gülcamal bərəsi ilə İzmirə gəldilər. İzmirə çatdıqdan sonra Ziya Xurşud bəy Qaffarzadə hotelinə, Laz İsmayıl ilə Gürcü Yusif isə Raqib paşa hotelinə yerləşdilər.
Ziya Xurşud bəyə Əhməd Şükrü bəy tərəfindən verilən və Miralay Rasim bəy tərəfindən imzalanıb Sarı Efe Ədib bəyə xitabən yazılan məktub sayəsində üç sui-qəsdçi Sarı Efe Ədib ilə tanış oldu. Sarı Efe Ədib bəyin işçisi Çopur Hilminin də iştirakı ilə əvvəl Qarşıyakalı İdrisin bağında, sonra da Kritli Şövki adlı şəxsin evində toplanan qrup sui-qəsd planını qurmuşdu. Hazırlanan plana görə sui-qəsdin Mustafa Kamal Atatürkün İzmir ziyarəti zamanı, İzmirin Kəməraltı yönündə edilməsi qəbul edilmişdi. Baş Dayanacaq küçəsi (hal-hazırkı Anafartalar küçəsi) ilə Hökumət küçəsinin (hal-hazır ki 853-cü küçə) kəsiştiyi qovşaqda dönmək üçün yavaşlayacaq olan Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəy, Gürcü Yusif ilə Laz İsmayıl tərəfindən atəş ediləcək və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi ilə Kritli Şövki ilə birlikdə hadisə yerindən qaçılacaq və daha sonra Kritli Şövkinin idarə edəcəyi gəmi ilə Saqqız adasına keçiləcəkdi. Bütün bu sui-qəsd planı Sarı Efe Ədib bəyin İstanbula getməsindən şübhələnən Kritli Şövkinin sui-qəsd planını Atatürkə bildirməsi üçün izmir valisi Kazım bəyə verməsi ilə aşkar oldu. thumb|Laz İsmayıl məhkəməyə gətirilərkən.
İzmir məhkəmələrindəki dindirmələr