İvan İvanoviç Şişkin (; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873).

Həyat və yaradıcılığı İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. alt=|left|thumb|281x281px|İvan Kramskoy. İ.İ.Şişkinin portreti.(1873, Tretyakov qalereyası) Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (, 1869) adlanırİvan Şişkin | Mənzərə ustası.

Günəş şüaları elə məharətlə təsvir olunub ki, sanki ətraf həqiqətən parlaq işıq selinə bürünüb. Bundan sonra rəssam öz əsərlərində parlaqlığa, gözqamaşdırıcı işıq effektlərinə, həyatın dolğunluğunun təcəssümü olan yay fəslinə üstünlük verəcək. Onun “Vyatka quberniyasında şam meşəsi” (, 1872), “Çovdar zəmisi” (, 1878), “Ucsuz-bucaqsız meşə” (, 1884) əsərləri məhz bu tərzdə yaradılıb.

Şişkinin əsərləri arasında tamaşaçıda sanki həqiqətən qaranlıq çökmüş meşədə azmış kimi vahimə hissi yaradan sıx meşəyə də təsadüf olunur. “Meşənin dərinliyində” (, 1872) belə əsərlərdəndir. Bu əsərə saatlarla tamaşa etmək olar, amma hər dəfə yenə də, məsələn, pusquda durmuş tülkü və uçaraq ondan uzaqlaşan ördək kimi nə isə yeni bir ştrix tapırsan. Doğrudur, bir çoxları hesab edirdi ki, rəssam lüzumsuz xırdalıqlara çox əhəmiyyət verir və buna görə də onu qınayırdılar. 1880-ci illərin əvvəllərində artıq “ovqat mənzərəsi” janrı yaranmağa başlayırdı. right|thumb|«Şam meşəsinin səhəri».İ.Şişkin, K.Savitski 1880-ci illərin ikinci yarısında Şişkin dövrün ümumi nəbzini tutur və sənət yoldaşı İ.N.Kramskoyun dedeyi kimi, ümumi atmosferə, təbiətin tamaşaçıya bəxş etdiyi “əhval-ruhiyyəyə” xüsusi diqqət yetirməyə başlayır. Amma o, dəbdə olan meyillərə təslim olmur və özünə sadiq qalır. Əvvəlki kimi kətan üzərində aydın, qabarıq, mürəkkəb, mükəmməl və eyni zamanda çox sadə mənzərələr yaradır: “Palıdlar” ( “Дубы”,1887), “Günəşin işıqlandırdığı şam ağacları” ( “Сосны, освещенные солнцем”), “Mordvin palıdları” (, “Palıd meşəsində yağış” (, hamısı 1891), “Payız” (,1892)...

Bu tablolar heyrətamizdir. Onlara tamaşa edəndə düşünürsən ki, gördüklərin bir gerçəklikdir. İ.Şişkin çar II Aleksandrın sevimli rəssamı olur, hətta şahzadələrin rəsm müəllimi təyin edilir. Ustadın son əsəri “Şam meşəsi” (“Корабельный лес“, 1898) adlanır. Bu əsər üzərində iş başa çatandan dərhal sonra Şişkin dünyasını dəyişir. Ani ölüm onu növbəti əsərini yaratdığı zaman molbert qarşısında haqlayır.

Rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmayıb, amma onun varlığı daim hiss olunur: Şişkinin tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir.

Görkəmli mənzərə ustası İvan Şişkin 1898-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.

Qalereya

Ədəbiyyat Шишкин, Иван Иванович // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907. Ф. Булгаков «Альбом русской живописи. Картины и рисунки И. И. Ш.» — СПб., 1892 А. Пальчиков «Перечень печатных листов И. И. Ш.» — СПб., 1885 Ровинский Д. А. «Подробный словарь русских граверов XVI—XIX вв.» Т. II. — СПб., 1885 И. И. Шишкин. «Переписка. Дневник. Современники о художнике». — Л., Искусство, 1984. — 478 с., 20 л. илл., портрет. — 50 000 экз. В. Манин. Иван Шишкин. — М.: Белый город, 2008. — С. 47. — ISBN 5-7793-1060-2 И. Шувалова Иван Иванович Шишкин. — СПб.: Художники России, 1993 Ф. Мальцева Мастера русского пейзажа: Вторая половина XIX века. — М.: Искусство, 1999 Галина Чурак. «ЖАНР» ИВАНА ШИШКИНА. Поиски и находки // «Третьяковская галерея». — № 1 (26). — 2010 Галина Чурак. «Природу нужно искать во всей ее простоте…» — «Третьяковская галерея». — № 4 (17). — 2007 Малоизвестные факты из жизни И. И. Шишкина // Газета «Новая Неделя». — вып. от 17.01.2014 г.

Xarici keçidlər

Ivan Shiskin: A collection of 352 painting (HD) Иван Иванович Шишкин. Биография, переписка, творчество и картины художника Все эскизы и картины Ивана Ивановича Шишкина Шишкин Иван Иванович — Биография, статьи, 346 картин Картины Ивана Ивановича Шишкина Иван Шишкин, галерея картин на WikiPaintings Шишкин Иван Иванович. Галерея картин художника, хронология его жизни и творчества Биография и 57 картин Ивана Ивановича Шишкина Мемориальная доска в Елабуге Галерея работ Шишкина И.И.

İstinadlar

Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Rus rəssamlar Kateqoriya:Akademiklər Kateqoriya:Professorlar Kateqoriya:XIX əsr Rusiya rəssamları