Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet.

Tarixi "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bugünkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır.

Mövzusu Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür.

Həmçinin bax Təzə həyat (qəzet)

Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 279.

Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Satirik qəzetlər