Palitra — 2013-cü ildən etibarən çap olunan gündəlik qəzet.
Tarix Müstəqil ictimai-siyasi qəzet olan "Palitra" 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib. İlk baş redaktoru Azər Sarıyev olub. Təsisçisi K. R. Əliyevadır. Qəzet 1999–2012-ci illərdə həftədə üç dəfə olmaqla müntəzəm nəşr olunub. 2013-cü ilin əvvəlindən başlayaraq həftədə 5 dəfə nəşr olunmaqla gündəlik qəzet kimi fəaliyyət göstərir. Qəzetin online variantı "palitranews.az" saytıdır. Namiq Əliyev 2003-cü ildən baş redaktordur.
Həmçinin bax Əkinçi Kaspi Odlu Yurd
Xarici keçidlər Qalib jurnalistlərin yazıları: "Palitra" qəzeti
İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar