Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.

Həyatı Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu. Osmanlı İmperiyasının Sevr anlaşmasını imzalanmasında rol oynayaraq nüfuzunu itirməyə davam etdi. Ölkədə persona non grata hesab olunan Fərid Paşa Türkiyəni tərk etməyə məcbur oldu və 1923-cü ildə Fransanın Nitsa şəhərində dünyasını dəyişdi.

Ailəsi Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Monteneqronun Poşası kəndindən olduğu deyilir.

Mənbə

Ali Birinci, Hürriyet ve İtilâf Fırkası, Dergâh Yay. 1990, sf. 48-49 ve 55-64 Murat Bardakçı, Şahbaba, Pan Yay. 1998, sf. 110 Rauf Orbay'ın Hatıraları, ed. Cemal Kutay, 4.187-188 Turgut Özakman "Şu Çılgın Türkler" sf. 267 Milli Kurtuluş Tarihi, 1838'den 1995'e. İstanbul. ISBN 975-478-026-9 Murat Bardakçı, a.g.e. sf. 110 İbnülemin Mahmut Kemal İnal, Son Sadrazamlar, IV.2081 Son Sadrazamlar, a.g.y Ali Fuat (Türkgeldi), Görüp İşittiklerim, s. 297

İstinadlar

Kateqoriya:Osmanlı sədrəzəmləri Kateqoriya:Osmanlı paşaları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları