Arif Abdullayev (28 avqust 1969) — Azərbaycanı təmsil edən sərbəst güləşçi və məşqşi, 2003-cü il Dünya Çempionatının qalibi. Uzun illər sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışıb.

Karyerası Arif Abdullayev 1995-ci ildə İsveçrədə baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 1996-cı ilin martında Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

Arif Abdullayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu. Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu. Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Harun Doğan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu və turnirdə medal uğrunda mübarizəsini dayandırdı. Nəticədə Arif Abdullayev Atlanta Olimpiadasını onuncu pillədə başa vurdu.

1997–1999-cu illərdə isə Arif Abdullayev Dünya və Avropa Çempionatlarında uğursuz çıxış etdi. 1997-ci ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını 7-ci pillədə başa vuran Arif Abdullayev 1998-ci ildə Avropa Çempionatını 10-cu, 1999-cu ildə isə Avropa Çempionatını 8-ci, Dünya Çempionatını isə 22-ci pillələrdə başa vurdu.

Arif Abdullayev 2000-ci ildə Belarusda Dünya Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Arif Abdullayev 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil etdi. 58 Kq. turnirində çıxış edən Arif Abdullayev qrup mərhələsinin birinci görüşündə Almaniya nümayəndəsi Otmar Kuhner ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibi üzərində 8:5 hesabı ilə qələbə qazandı. Növbəti görüşdə onun rəqibi Ukrayna güləşçisi Yevgeni Busloviç oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Arif Abdullayev rəqibinə 5:8 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin sonuncu görüşündə isə onun rəqibi Ermənistan nümayəndəsi Martin Berberyan oldu. Formal əhəmiyyətə sahib olan görüşdə Arif Abdullayev rəqibinə 1:11 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı. Ümumi nəticədə isə Arif Abdullayev olimpiadanı doqquzuncu pillədə başa vurdu.

Olimpiadadan sonra Arif Abdullayev 2001-ci ildə Bolqarıstanda Dünya Çempionatını altıncı pillədə başa vurdu. 2002-ci ilin mayında isə Arif Abdullayev üçüncü dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Abdullayev Arif Yadulla oğlu "Tərəqqi" medalı ilə təltif edildi.

2002-ci ilin sentyabrında İranda Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 2003-cü ildə Azərbaycan idmanı tarixinə düşdü. Həmin ilin sentyabrında Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatının final görüşündə Kuba nümayəndəsi Yandro Kintana üzərində qələbə qazanan Arif Abdullayev güləş üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2004-cü ilin mayında Almaniya Qran-Prisi beynəlxalq turnirindən sonra idmanla vidalaşdı.

Karyerasını başa vurandan sonra Arif Abdullayev məşqçi olaraq çalışıb. Müxtəlif illərdə sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olub.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11995Avropa Çempionatı İsveçrə3.2Dünya Çempionatı ABŞ8.31996Avropa Çempionatı Macarıstan3.4Olimpiya Oyunları ABŞ10.51997Avropa Çempionatı Polşa10.6Dünya Çempionatı Rusiya7.71998Avropa Çempionatı Slovakiya10.81999Avropa Çempionatı Belarus8.9Dünya Çempionatı Türkiyə22.102000Dünya Olimpiya Təsnifat Turniri Belarus2.11Dünya Olimpiya Təsnifat Turniri Yaponiya4.12Olimpiya Oyunları Avstraliya8.132001Dünya Çempionatı Bolqarıstan6.142002Avropa Çempionatı Azərbaycan3.15Dünya Çempionatı İran8.162003Dünya Çempionatı ABŞ1.172004Almaniya Qran-Prisi Almaniya10.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri