Juankum () — Qızılqum səhrasının şimal hissəsində yerrləşən qumlu massiv. Qazaxıstanın Qızılorda vilayəti ərazisində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzunluğu 80 km, eni isə 20 km təşkil edir. Ərazisi 1,2 min km²-dir. Allüvi çöküntülərdən ibarətdir. Yeraltı suları 5–20 m dərindədir. Yayda tam quruyan göllərə sahibdir. Ərazisində efemerli bitkilər üstünlük təşkil edir. Saksaul belə görülür. Ərazisi otlaq sahələri kimi istifadə edilir.

Ədəbiyyat Жуанкум // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.

İstinadlar

Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Asiya səhraları