"Sabah-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sabah" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Əvəzedicilər Liqasında çıxış edir.

Tarixi Komanda 2018-ci ildə yaradılmışdır.

2024/25 mövsümündə Əvəzedicilər Liqasının finalına yüksələn "Sabah-2" final matçında "Neftçi-2" komandası ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah-2" mövsümün turnir cədvəlində "Neftçi-2" ilə eyni xalı bölüşsə də, qələbə qazandığı oyun sayı ilə rəqibini üstələyərək Əvəzedicilər Liqasının 2024/25 mövsümünün çempionu olub.

İstinadlar

Xarici keçidlər Facebook PFL

Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:Bakı futbol klubları Kateqoriya:Sabah FK