Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) " Parker Solar Probe " peykini Günəşə göndərib.

Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə — 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

İstinadlar

Xarici keçidlər Solar Probe Plus (Mission Engineering Report; JHUAPL) Heliophysics Research (NASA) Explorers and Heliophysics Projects Division (EHPD; NASA) Parker Solar Probe (data and news; NASA) Parker Solar Probe (Video/3:45; NYT; August 12, 2018)

Kateqoriya:NASA Kateqoriya:ABŞ-nin kosmik proqramları Kateqoriya:Kosmik gəmilər Kateqoriya:NASA layihələri