Mehman Ələkbər oğlu Ələkbərov () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.
Həyatı və hərbi fəaliyyəti Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.
1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.
Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır. thumb|Mehman Ələkbərovun qəbri Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.
İstinadlar
Həmçinin bax Həsənqaya əməliyyatı Birinci Qarabağ müharibəsi
Xarici keçidlər Ermənilərin itkin saydığı "Arabo"nu darmadağın edənlər… — Əfsanəvi "Gəncə" batalyonunun GİZLİNLƏRİ 124 nəfərlik "Arabo" batalyonunun məhvi — 15 yaşlı kəşfiyyatçı danışır Gəncə qiyamını doğuran səbəblər nə idi? "Qarabağ savaşında unudulmuş qəhrəmanımız ermənilərin "Arabo" taborunu Çingiz xan taktikası ilə darmadağın edib" — MÜSAHİBƏ Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:4 iyun Gəncə qiyamı