Rəhim Cavadbəyli — Cənubi azərbaycanlı tədqiqatçı, milli mədəni fəal, siyasi məhbus.
Həyatı və təhsili Rəhim Cavadbəyli 1976-cı ildə Təbrizdə anadan olub. Orta məktəbi Təbrizdə bitirib. Kiyev Dövlət Universitetinə daxil olaraq 2008-ci ildə beynəlxalq hüquq fakültəsini bitirib.Rəhim Cavadbəyli
Fəaliyyəti 1991-ci ildən Azərbaycan Milli Hərəkatının tələblərini müdafiə etməyə başlayıb. Doktor Məhəmmədtağı Zehtabinin başçılığı altında təşkil edilən milli-mədəni tədbirlərdə iştirak edib. Onun təşəbbüsü ilə Babək qalasına ilk dəfə yürüş edənlərdən olub. 2001-ci ildə ən yaxın fikirdaşları ilə birlikdə "İlqar" Mədəni Cəmiyyətində fəaliyyətini davam etdirib. 2003-cü ilin sentyabrında təzyiqlər artdığından R.Cavadbəyli Güney Azərbaycanı tərk edərək Quzey Azərbaycana mühacirət etməyə məcbur olub. 2014-cü ildən Türkiyədə yaşayıb, fəaliyyət göstərib. Bir neçə kitabın və çoxlu sayda tədqiqatların müəllifidir.
Həbs edilməsi 2 avqust 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nəzarətində olmasına baxmayaraq Türkiyə hökuməti tərəfindən həbs edilərək Van şəhərində yerləşən qaçqın şəhərciyinə köçürülüb. İran hökumətinə təhvil verilməsi təhlükəsi həm Türkiyə həm də Azərbaycan ictimaiyyətində narazılıqlara səbəb olub. Türkiyədə "İYİ" partiyasının sədri Meral Akşener də bu hadisələrə etirazını bildirib. O öz tvitter hesabında prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək yazıb:
Həmçinin bax Məhəmməd Tağı Zehtabi Babək Qalası Qurultayı İstinadlar
Kateqoriya:İran azərbaycanlıları