ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur. Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir.

Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır. Mübarizə zamanı onun yaxın tərəfdaşları Con Diql (Devid Ramsi) və Felisiti Smok (Emili Bett Rikards) olurlar. Oliver həm də keçmiş sevgilisi Lorel Lenslə (Keti Kassidi) münasibətlərini bərpa edir. Birinci mövsümdə həm də Oliverin adana keçirdiyi günlərlə bağlı fleşbeklər göstərilir.

Tənqidçilər tərəfindən əsasən müsbət qəbul edilən birinci mövsüm, hər həftə ortalama hesabla 3.68 milyon izləyicini ekranlar qarşısına toplaya bilmişdir. Amellin canlandırdığı Oliver Kuin/Ox personajı "Aclıq oyunları" trilogiyasından Kitness Everdin obrazı ilə müqayisə edilmiş, mövsümün isə hələ də şəxsi identiklik axtarışında olması vurğulanmışdır. Mövsüm iyirmi bir nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmiş və onlardan bəzilərini qazanmağa müvəffəq olmuşdur. Birinci mövsüm 17 sentyabr 2013-cü ildə DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır.

Məzmunu

Robert Kuin ölümündən qabaq oğlu Oliver Kuinə etiraf edir ki, o da doğma şəhərləri Starlinq-sitinin dağıdılmasında iştirak edənlərdən biri olmuşdur. Robert oğlundan xahiş edir ki, özü tərəfindən braxılmış səhvləri düzəltsin. Oliver beş il suyun çıxardığı adada qaldıqdan sonra nəhayət ki, doğma şəhərinə qayıdır, lakin elə həmin ərəfədə Oliverin uşaqlıq dostu Tommi Merlin qaçırılır, atasının Oliverə nəsə danışdığının öyrənilməsinə çalışılmasından sonra, o, planını həyata keçirməyə başlayır. O, tərk edilmiş zavodda özü üçün qərargah yaradır.əcə əvvəl xalq arasında milyarder və pleyboy kimi tanınan Oliver gecələr maska və kostyum geyinərək cinayətkarları cəzalandırmağa və zəifləri qorumağa başlayır. Bu müddət ərzində o, pul dövriyyəsində insanları aldadan Oliver Hant, Çin Triadası ilə əlbir olub insanları talan edən Martin Sommers, muzdlu qatil Dedşot, bankları qarət edən ailə dəstəsi, Ovçu qız, keçmiş yanğınsöndürən Fayerflay, zirehli bank avtomobillərini talan edən keçmiş Əfqanıstan veteranı Ted Geynor, şəhərə ağır narkotik vasitə olan Vertiqonu yayan Qraf, manyak Sayrus Venç, brilyant ovçusu Kələkbaz, özünü "Xilaskar" adlandıran cinayətkar və Malkolm Merlində qarşı mübarizə aparır. Sonuncu ilə mübarizədə onu zərərsizləşdirsə də, Starlinq-sitinin Qleyds rayonunun dağıdılmasının qarşısını ala bilmir. Üstəlik Moyra Kuin dağıdılmada iştirak etdiyini etiraf edərək həbsə düşür.

Bacısı Teya ilə mürəkkəb münasibətlərə malik olan Oliver daima onu qorumağa çalışır. Adadan qayıtdıqdan qısa müddət sonra o, teyanın narkotik maddədən istifadə etdiyini öyrənir. Ad günü zamanı narkotikin təsiri altında avtomobil idarə edən Teya qəza törədir. Qan analizi zamanı polis onun narkotikdən istifadə etdiyini anlayır və həbs edir. Oliver narkotik maddə istehsalçı və satıcısı Qrafın tutulmasında polisə kömək edərək bacısını xilas edir. Bundan sonra Teya dəliqanlı gənc Roy Harperlə görüşməyə başlayır.

Oliver anası Moyra ilə də mürəkkəb münasibətlərə malikdir. Adadan qayıtmasından sonra anası birgə çalışdığı cinayətkarla birlikdə Oliverin qaçırılaraq atasından nə eşitdiyinin öyrənilməsində iştirak edir. Daha sonra ikinci həyat yoldaşı Volter Stil Moyranın əməllərini araşdırmağa başlayır və qısa müddət sonra qaçırılaraq naməlum yerdə saxlanılır. Şirkət qarşısında iş görüşməsindən çıxarkən Moyra və onun həmkarına motosikletli Ovçu qız hücum edir. Oliver Ovçunun izinə düşərək onun kimliyini müəyyənləşdirir və qarşısını alır. Daha sonra isə atalığı Volter Stili əsirlikdən azad edir. Evə qayıdan Volter boşanma ərizəsi verərək Moyraya inanmadığını bildirir.

Adadan qayıdan Oliver keçmiş sevgilisi Lorel Lens və ən yaxın dostu Tommi Merlin arasında romantik münasibətlərin olmasını öyrənir. İkili həyat yaşadığına görə Lorelin həyatını təhlükəyə atmaq istəməyən Oliver onu özündən uzaqlaşdırmağa çalışsa da buna müvəffəq ola bilmir. Tommi Oliver və Lorel arasındakı hissləri analayaraq aradan çəkilməyə qərar verir. Oliver həm də Kapüşon kostyumunda tez-tez Lorellə görüşərək işlərində ona kömək edir və onu qoruyur.

Fleşbeklərdə Oliverin adada keçirdiyi beş il ərzində başına gələn hadisələr təsvir edilir. Qəzadan sonra naməlum adada gözünü açan Oliver burada tək olmadığını başa düşür. Onu xilas edən Yao Fey adlı şəxs Oliverə sağ qalmaq və mübarizə aparmağın müxtəlif yollarını öyrədir. Onlar adadan qaçmaq istədikdə isə müxtəlif sifarişləri yerinə yetirən muzdlu hərbçi Edvard Fayers mane olur. Məlum olur ki, Fayers Feyin qızı Şadonu əsir alıb və buna görə də Oliveri təslim etməyə məcbur olub. Muzdluların əlindən qaçan Oliver Sleyd Vilsonla tanış olur və dostlaşır. Onlar birlikdə adadan çıxmaq üçün plan qurur və Fayersin mülki təyyarəni vurmaq planının qarşısını alırlar.

Aktyorlar və personajlar

Əsas heyət Stiven Amell — Oliver Kuin / Kapüşon Keti Kasidi — Lorel Lens Kolin Donnell — Tommi Merlin Devid Ramsi — Con Diql Villa Holland — Teya Kuin Süzanna Tompson — Moyra Kuin Pol Blektron — Kventin Lens

İkinci heyət Ceyms Şeyrdan — Robert Kuin Kelli Hu — Çen Na Vey / Ağ çinli Emili Bett Rikards — Felisiti SmokBundan əlavə, aktyor heyətində göstərilməsə də Rikards "İlin sonu"seriyasnda, da yer almışdır. Con Barroumen — Malkolm Merlin / Qara oxçu Cessika De Qou — Helena Bertinelli / Oxçu qız Kolin Salmon — Volter Stil Enni İlonze — Coanna De La Veqa Rocer Kross — Lukas Hilton Bayron Men — Yao Fey Canina Qavankar — MakKenna Holl Manu Bennett — Sleyd Vilson Kristi Lanq — Carli DiqlDoqquzuncu seriyanın ikinci plan aktyor heyətində təqdim edilməzdən əvvəl Lenq daha iki seriyada görünmüşdür. Kolton Heyns — Roy Harper Aleks Kinqston — Dayna Lens Ceffri Nordlinq — Frenk Bertinelli Sebastyan Dann — Edvard Fayers Selina Ceyd — Şado Çin Han — Frenk Çen Adrian Holms — Frenk Pike Carod Cozef — Alan Durand

Qonaq ulduzlar Maykl Rov — Floyd Lavton / DedşotDaha iki seriyada qonaq ulduz olmuşdur. Kayli Şmid — Kayli Reston / Eys Tamo Penikett — Nik Salvati Brayan Markinson — Adam Hant Jaklin Makİnnes Vud — Sara Lens Emma Bell — Emili Nokenti Endryu Dunbar — Qarfild Linns / Fayerflay Ben Brouder — Ted Geynor Set Geybl — Qraf Çila Horsdal — Keyt Spenser Karri Grem — Derek Reston / Kinq Sara-Ceyn Redmond — Xanım Reston/ Kraliça Devid Anders — Sayrus Venç Con Kassini — Russo Ceyms Kallis — Vinnick Norton / Dodcer Denni Nuççi — Reyns Ona Qrauer — Vivyen Odri Mari Anderson — Lila Maykls J. Avqust Riçards Cənab Blenk

Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)

İstehsal 12 yanvar 2012-ci ildə The CW televiziyası Endryu Kreysberq, Qreq Berlanti və Mark Quqqenheym tərəfindən inkişaf etdirilən, Yaşıl Ox adlı DC Comics personajından bəhs edəcək yeni teleserial hazırladığını elan edir. Bir həftə sonra teleserialın pilot seriyasının çəkkilməsi rejissor Devid Natterə sifariş edilir. Natter həm də Klark Kentin Supermen olmağa gedən yolda həyatından bəhs edən "Smolvil" teleserialının pilotunu çəkmişdi. Həmin ayın sonunda Stiven Amell Oliver Kuin adlı rolu canlandırmaq üçün seçilir. Serial üzərində çalışan yaradıcı heyət və prodüser Mark Quqqenheym bildirir ki, "öz kurs və yaradıcılıq yolunu" seçmək istəyirlər, özünün Yaşıl Ox/Oliver Kuini (Castin Hartli) olan "Smolvil" serialı ilə birbaşa əlaqənin olmasını isə istəmirlər. "Smolvil"dən fərqli olaraq serialda supergüclü qəhrəman və canilərin istifadəsi nəzərdə tutulmamışdı. Buna baxmayaraq yaradıcı heyət "Smolvil"dən ilhamlanaraq həmin serialda Klark Kent kimi Oliver Kuin də "insanlıq axtaran" təsvir edilir. Supergüclərdən imtina edilməsi icraçı prodüserlərin qərarı olmaqla, "Ox" serial ilə başladılan bu kainatda personajların daha realistik görünüşlü olmasına hesablanmışdı. Tam mövsümün çəkilməsinə 22 oktyabr 2012-ci ildə sifariş verilmişdir.

Serialda münasibət üçbucaqları yaradılmışdır: bəziləri sevgi üçbucaqları, bəziləri isə "fəlsəfi debatlar" şəklində formalaşdırılmışdır. Kraysberq belə bir nümunə gətirir: "Hər həftə Oliver pis adamlarla qarşılaşacaq, lakin onun əsas düşməni qisas almaq istəyən Detektiv Lensdir. […] Onun qızı çıxılmaz vəziyyətdə qalır, Lorel atasını sevib onun inandıqlarına inansa da, eyni zamanda qara şəhər əfsanəsinə — insanları qoruyan cəngavərə də inanır." Daha əvvəl televiziyada iş təcrübəsi olan prodüserlər serialın əsas süjet tağlarını əvvəlcədən müəyyənləşdirərək, xüsusi olaraq birinci mövsüm üçün yol xəritəsi hazırlayırlar. Kristofer Nolanın Qara Cəngavər trilogiyasından ilhamlanan yaradıcı heyət, hadisələrin bir seriyadan digərinə keçirilmədən yekunlaşdırılmasına qərar vermişdir.

Yaradıcı heyət müxtəlif DC Comics personajları və DC Kainatı aspektlərini istifadə etməyə çalışmışdır. Quqqenheym Supermen komikslərində təqdim edilmiş Big Belly Burger restoran franşizinin "Ox"un üçüncü seriyasında təqdim edilməsi və daha sonra istifadə olunmasını buna nümunə göstərir. Kreysberq deyir: "Çoxlu sayda DC Kainatı personajları vardır ki, nə televiziyada, nə də kinematoqrafiyada istifadə olunmamışdır. Biz çalışacıyıq ki, fanatların sevdiyi, lakin geniş kütləyə tanış olmayan personajları istifadə edərək tanıdaq."

Aktyor seçimi Daha əvvəl CW telekanalının istehsalı olan "Vampirin gündəlikləri" və "90210" teleseriallarında rol almış Stiven Amell 31 yanvar 2012-ci ildə "Ox"un aktyor heyətinə seçilmiş ilk aktyor olmuşdur. Fanatlar onun bu rol üün seçilməsinə qarışıq münasibət göstərmiş, bəziləri isə "Smolvil"də Yaşıl Oxu canlandıran Castin Hartlinin yeni serialda da rolunu canlandırmasını istəyirdilər. Amell Oliver Kuin rolu üçün dinləmədən keçirilmiş ilk aktyorlardan biri olmuş, Kreysberq "lap əvvəldən onun düz nöqtəyə vurduğunu" və "digərlərinin onunla müqayisədə sönük qaldığını" hiss edir. Dinləmə zamanı istifadə edilmiş pilot ssenarisi ilin əvvəlinə kimi alınmış ssenarilərdən birincisi idi.

Prodüser Mark Quqqenheym bildirir ki, "öz kurs və yaradıcılıq yolunu" seçmək istəyirlər, özünün Yaşıl Ox/Oliver Kuini (Castin Hartli) olan "Smolvil" serialı ilə birbaşa əlaqənin olmasını isə istəmirlər. Buna görə də onlar əsas rol üçün yenidən aktyor seçimi etməyə qərar verirlər. "Rent-a-Goalie" adlı yarım saatlıq Kanada teleşousunda rol alan Amell yaxşı bədən formasına malik idi və Reseda, Kaliforniya yaxınlığındkı "Tempest Freerunning Academy"də məşq edirdi. O, həm də oxatma dərsləri almış, oxatmanın əsaslarını öyrənməzdən isə yaydan buraxılan oxun televiziya və kinematoqrafda necə qeyri-dəqiq görünməsi haqqında videoya baxmışdır. Televiziyada növbəti dəfə Oliver Kuin obrazını canlandırmalı olan Amell özündən əvvəl bu personajın müxtəlif versiyalarını görümüşdü: "Kuin gündəlik pleyboy, Kuin yaralı qəhrəman, Kuin düşüncəli Hamlet, aşiq Kuin, döyüşçü Kuin və sair."