Maksim Paşayev (; 4 yanvar 1988, Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİ — . 12 dekabr 2008, Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna) — Azərbaycan əsilli ukraynalı futbolçu. "Dnepr" və "Krivbas" klublarının heyətində müdafiəçi mövqeyində çıxış edib.

Həyatı Klub karyerası Maksim Paşayev futbolçu karyerasını Kremençuk şəhərinin "Atlant" klubunda başlayıb. 2004-cü ildə Paşayev Dnepropetrovskun "Dnepr" komandasının gənclərdən ibarət heyətinə cəlb edilib. Maksim üç il ərzində "Dnepr"in əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 64 oyun keçirib, 1 qol vurub.

2007-ci ildə Paşayev Krivoy Roq şəhərini təmsil edən "Krivbas" klubuna icarəyə verilib. 2007-ci il iyulun 14-də keçmiş komandası "Dnepr"ə qarşı oyunda Ukrayna çempionatında debüt edib. Bu oyun "Krivbas"ın 0:2 hesablı məğlubiyyətilə başa çatıb. 2007-08 mövsümündə Ukrayna çempionatında "Krivbas"ın heyətində 29 oyuna çıxıb və 1 qol vurub.

2008-ci ildə Paşayev "Dnepr"ə qayıdıb və 2008-09 mövsümündə çempionatda 17 görüşdə forma geyinib.

Yığma karyerası 2006-ci ilin oktyabrında Paşayev Belarusun gənclərdən ibarət yığması ilə keçirilən yoldaşlıq oyununda qardaşı Pavellə birlikdə Ukraynanın gənclərdən ibarət yığmasında debüt edib.Братья Пашаевы дебютировали в «молодёжке» // fcdnipro.ua Bu görüş Ukrayna yığmasının qələbəsi ilə başa çatıb — 3:0. Maksim sonralar Ukraynanın gənclərdən ibarət yığmasının kapitanı olub.

Ölümü Paşayev 2008-ci il dekabrın 11-də "Mitsubishi Outlander" markalı avtomobili ilə Kiyevdən Kremençuka qayıdan zaman, Qradijsk şəhəri yaxınlığında avtomobil qəzasına uğrayıb. Paşayev buz bağlamış yolda idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib və maşını dərəyə aşırıb. O, ağır vəziyyətdə Qradijsk şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Paşayev ertəsi gün reanimasiya şöbəsində vəfat edib.Скончался игрок "Днепра" и молодежной сборной Украины // Kommersant

Şəxsi həyatı Maksimin qardaşı Pavel də peşəkar futbolçudur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Luqansk vilayətində doğulanlar Kateqoriya:Poltava vilayətində vəfat edənlər Kateqoriya:Kremençuqda dəfn olunanlar Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları