İbrahim Mustafayev () – Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2018–2021)

Həyatı Mustafayev İbrahim Ənvər oğlu 1972-ci ildə indiki Ermənistan SSRİ-nin Kalinino rayonu Qurdqala kəndində anadan olmuşdur.

İbrahim Mustafayev uzun illər Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərancamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

5 oktyabr 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

İstinadlar

Kateqoriya:Gədəbəy Rayon İcra Hakimiyyətinin başçıları