() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır. Meyvəsi qutucuqdur, sentyabr-oktyabrda yetışir. Tozlandırıldıqda meyvə əmələ gətirir. Kökdən əmələ gələn pöhrələrlə, toxumlarla, kök zoğları, gövdə və kök qələmləri ilə çoxaldılır.

Ekologiyası Soyuğa, istiyə, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil, hətta qumda bitir. Çox güclü şaxtalarda məhv olur və ya onların mərkəzi tumurcuğu donur və bunun nəticəsində bitki yeraltı stolonlarına görə bərpa olunur və iri kollar əvəzinə bir neçə birillik bitki əmələ gəlir.

Azərbaycanda yayılması 2003-cü ildə Mərdəkan dendrarisində introduksiya edilmişdir. Azərbaycanda Lənkəran zonasında, Abşeronda, Gəncədə və bəzi başqa yerlərdə mədəni şəraitdə becərilir.

İstifadəsi Xüsusilə çiçəkləmə dövründə çox dekorativ bitkidir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Kollar