() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir.

Botaniki xarakteristikası Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir. Kasayarpaqları yarıya qədər bitişik, üçdişlidir. Avqust ayında çiçəkləyir. Oktyabrda isə meyvə verir. Toxumları hamardır, uzunluğu 2-2,5 mm-dir.

Ekologiyası Şoran torpaqlarda bitir.

Azərbaycanda yayılması Böyük Qafqazda, Ordubadda dağətəyi ərazilərdə rast gəlinir.

İstifadəsi Tərkibində askorbin turşusu (120 mq%-ə qədər), karotin, saponinlər, efir yağları, yarpaqlarında çoxlu miqdarda protein vardır. Xalq təbabətində şirəsi baş, boğaz ağrısına qarşı və sakitləşdirici vasitə kimi istifadə edilir. Onlardan sıyıq, püre və salatlar hazırlanır.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası