Qafqaz sarmaşığı
Təbii yayılması Qafqaz sarmaşığı Şimali Qafqazda təbii yayılmışdır.
Botaniki təsviri Uzunluğu 30 m-dək olan, əmici köklərin köməkliyi ilə ağacların gövdələrinə, qayalara və divarlara qalxan, həmişəyaşıl, oduncaqlı lianadır. Yarpaqların uzunluğu 10 sm-dək, dərili, üstü tünd-yaşıl, parlaq, formaca müxtəlifdir: artım zoğlarında 3-5 qanadlı, çiçək zoğlarında bütöv, yumurtavari və ya rombvaridir. Çiçəkləri xırda, sarımtıl-yaşıl, şarşəkilli çiçək qruplarında yerləşir. Meyvəsini diametri 5–9 mm-dir.
Ekologiyası Rütubətli torpaqları sevir. Şaxtaya davamlıdır.
Azərbaycanda yayılması Balakəndə, Yalamada, Hirkan florasında - Lənkəranda, Astarada, Masallıda meşələrin aşağı yaruslarında rast gəlinir.
İstifadəsi Qafqaz sarmaşığından yaşıllaşdırmada da istifadə edilir. Yarpaqlarında qlikozid qederin və saponinlər vardır. Xalq təbabətində qaraciyər və öd kisəsi xəstəliklərində, o cümlədən revmatizmdə istifadə edilir. Yaralarda, yanıqlarda üstdən sürtülür.
Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Kateqoriya:Bitkilər Kateqoriya:Sarmaşıq Kateqoriya:Kərəvizçiçəklilər Kateqoriya:Araliyakimilər