Mirzə Səttar () — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir.

Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir. Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır.

Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Azərbaycan tarzənləri