Sadiq İzzət oğlu Sadıqov () — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri.
Həyatı Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır.
Təhsili O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir.
1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır.
Əmək fəaliyyəti 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir.
1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır.
2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20.06.2016-cı il tarixli 2230 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 05.03.2018-ci il tarixli 3754 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10.04.2017-ci il tarixli 2805 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ölkə başçısının 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Xarici keçidlər İnşaat işçilərinin "Tərəqqi" medalı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
İstinadlar S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Sadiq İzzət oğlu Sadıqov "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib