Aleksandr Beqlov () — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür.

Həyatı və təhsili Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib.

Fəaliyyəti 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub.

1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub.

1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.

2002–2003-cü illərdə Sankt-Peterburqun vitse-qubernatoru, 2003–2004-cü illərdə Rusiya Prezidentinin Şimali-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin I müavini, 2004–2008-ci illərdə Rusiya Prezidentinin köməkçisi, 2008–2012-ci illərdə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, 2012–2017-ci illərdə Rusiya Prezidentinin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olubУказ Президента России от 23 мая 2012 года № 704 "О полномочном представителе Президента Российской Федерации в Центральном федеральном округе" .

25 dekabr 2017-ci ildə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi təyin edilib. A. Beqlov 26 iyun 2018-ci ildə yenidən bu vəzifəyə təsdiq edilib.

3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir.

Mükafatları 15 mart 2004-cü ildə Rusiyanın Federasiyasının əməkdar mühəndisi adını alıbУказ Президента Российской Федерации от 15 марта 2004 года № 360 "О награждении государственными наградами Российской Федерации". 19 may 2006-cı ildə IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni və Rusiya Federasiyasının Fəxri Fərmanı ilə təltif olunubУказ Президента Российской Федерации от 19 мая 2006 года № 511 "О награждении орденом "За заслуги перед Отечеством" IV степени Беглова А. Д.". 1 iyul 2010-cu ildə Sestroretsk şəhərinin fəxri sakini adını alıbРешение Муниципального совета города Сестрорецка от 01 июля 2010 года № 65 "О присвоении звания "Почётный житель города Сестрорецка" в 2010 году" . 2011-ci ildə I dərəcəli "Müqəddəs Mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edilib. 2012-ci ildə III dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub. 2013 və 2014-cü illərdə "Müqəddəs Sergiy Radonejski" ordeni ilə təltif edilib.

İstinadlar

Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri