Azad Əliyev () — müstəqil Azərbaycanın Yunan-Roma güləşi üzrə ilk mükafatçısı, 1994-cü ildə "ilin idmançısı", SSRİ birinciliyinin mükafatçısı Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, əməkdar məşqçi və yunan-roma güləşi üzrə əməkdar idman ustasıdır."1993-cü ildə beynəlxalq yarışda bayrağımızı ucaltdığım üçün özümü çox xoşbəxt hiss edirdim"
Həyatı Əliyev Azad Aydın oğlu 23 may 1970-ci ildə Bakı şəhərində anadan olub.
Ailəlidir. İki övladı var.
Təhsili 1977–1987-ci illərdə İdman təmayüllü tam orta məktəbdə oxuyub. 1993–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Hüquq mühafizə orqanlarında müxtəlif sahələrdə çalışıb. Sonuncu iş yeri Polis Akademiyasında idman müəllimi olub. Hal-hazırda təqaüddə olan polis mayorudur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçık vergi xidməti müşaviri vəzifəsində çalışır.
Karyerası Uşaq yaşlarından Yunan-Roma güləşi ilə məşğul olan Azad Əliyev Azərbaycan müstəqil olduqdan sonra idmanın bu sahəsində beynəlxalq arenalarda mükafat qazanan ilk idmançıdır. Belə ki, o, 1993-cü ildə Türkiyənin İstanbul şəhərində Adnan İpəkçi salonunda Yunan-Roma güləşi üzrə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Bununla da müstəqil Azərbaycanın ilk mükafatçısı kimi tarixə düşmüşdür. O zaman dünya reytinqli jurnal olan "Kempsspor" jurnalının ilin yekununa həsr olunmuş yazısında 74 kq çəki dərəcəsində Yunan-Roma güləşçiləri arasında dünyada üçüncü yeri tutmuşdur. Bu dövrlərdə məşqlərini Tofiq Eyvazovun rəhbərliyi altında davam etdirmişdir. Azərbaycan üçün ilk medalı qazanmasını özü belə xatırlayır:
Qazandığı uğura görə o dövrdə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmiş və hədiyələrlə mükafatlandırılmışdır. 1994-cü ildə Yunan-Roma güləşi üzrə 74 kiloqramda dünya reytinqində 3-cü yerdə olmuşdur.
Bundan əlavə Azad Əliyev SSRİ çempionatında da mükafat qazanmışdır.
Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illiyi ilə bağlı buraxılan kitabda idmançı haqqında məlumat verilib.
Mükafatları 1994-cü ildə Azərbaycan Respublikasında "ilin idmançısı" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının "əməkdar məşqçi" adına layiq görülüb.
Həmçinin bax Azərbaycan Kikboksinq Federasiyası Yunan-Roma güləşi
İstinadlar
Kateqoriya:Azərbaycanlı güləşçilər