İsmayıl Məhəmməd oğlu Məmmədov () — tarixçi, tarix elmləri doktoru, professor.

Həyatı 1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976–1979-cu illərdə aspiranturada oxumuşdur. 1983-cü ildə "Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969–1976)" adlı namizədlik disertasiyasını müdafiə edib. 1992-ci ildə "Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70–80-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edib.

Fəaliyyəti 1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda "Türk və Qafqaz xalqları tarixi" kafedrasının professorudur. Təhsilin bakalavr pilləsində "Türk xalqlaırı tarixi" fənnini tədris edir. Magistratura pilləsində "Türk dünyasi tarixi" ixtisası üzrə "Hunlar" mövzusunda dərs aparır. 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir. Türkiyədə Dumlupinar Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda iştirak etmişdir (Türkiyə, Kütahiya şəhəri. Bakı, 2006).

Tədqiqat sahəsi Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi.

Seçilmiş əsərləri Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri. Beynəlxalq Konfransda məruzə. Türkiyə Dumlupinar Universiteti, 2006-cı il. H. Əliyev və türk dünyası // Azərbaycan Beynəlxalq Universitetinin xəbərləri, 2008-ci il, № 1.

Kitablar Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsi (1970–1980-ci illər). Bakı, 1991. Monoqrafiya. "Hunlar". Dərs vəsaiti. Bakı universitetinin nəşriyyatı. Bakı, 1998. Hökmdarlardan… Filosoflaradək. Bakı, "Azər" nəşriyyat. 2002. Azərbaycan tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Adiloğlu" nəşriyyatı, 2005, 486 s. Azərbaycan Tarixi (rus dildə) Bakı, 2009 il Türk Kafkasında siyasi və etnik yapı. Eski çağlardan günümüzə. Azərbaycan Tarixi. İstanbul. 2009 il. History of Azerbaijan/ London, 2014 (inglis dildə)

İstinadlar

Mənbə

Xarici keçidlər İsmayıl Məmmədov — zerdab.com

Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri