Avçala () — Gürcüstanın paytaxtı Tbilisinin şimal ətrafı, şəhərin Qldani rayonunun bir hissəsidir. 1962-ci ildə Tiflis sərhədlərinə daxil olana qədər qədim tarixə malik kənd olub.

Avçala Mtkvarinin sol sahilində, dəniz səviyyəsindən 440 m yüksəklikdə yerləşir.

Toponimkası Avçala- Tiflis şəhərinin şimalında yer adı. Bir fikrə görə gürcü dilində avi "hirsli", "qəzəbli" və azərbaycanca çala sözlərindən ibarətdir. Əslində isə toponim qədim türk dillərində av — "ov" və çalı- "su sahili meşə, kolluq" sözlərindəndir. Bu mənada həmin söz ilk dəfə Alban tarixində qeyd olunmuşdur.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti". Bakı, "Nurlan", 2008

İstinad Kateqoriya:Gürcüstan Kateqoriya:Gürcüstan şəhərləri