"Wind of Change" () — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus () və ispan () dillərində də ifa olunub.Scorpions single Wind Of Change (Russian) — www.the-scorpions.com Scorpions - Ветер Перемен  — discogs.com Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur.

Tarixi Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib.

Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.

Mahnının relizindən bir il əvvəl Berlin divarı uçurulub, tezliklə isə Sovetlər İttifaqı dağılıb, bu səbəbdən "Wind of Change" yenidənqurmanın, soyuq müharibənin bitməsinin və bütün dünyada sülhün himni kimi qəbul edilir,

14 milyondan çox nüsxəsi satılan "Wind of Change" — "bütün zamanların ən çox satılan sinqlları" siyahısında ilk iyirmilikdə yer almaqdaır.

İstinadlar

Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında 20px|link=YouTube Scorpions - Wind Of Change (Rəsmi video)

Kateqoriya:1991-ci ilin sinqlları Kateqoriya:Perestroyka mədəniyyətdə və incəsənətdə Kateqoriya:Soyuq müharibə haqqında mahnılar Kateqoriya:Rok-balladalar Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Scorpions mahnıları Kateqoriya:1990-cı ilin mahnıları