və ya adi suquzğunu () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Haqqında Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Asan və dağətəyi rayonların, çay, göl və başqa su hövzələrində məskunlaşır. Oturaq yaşayır. Qış mövsümündə bir hissəsi dağlardan arana və cənuba köçür. Azsaylıdır. Uçurumlardakı, yuvalarda yuva quraraq aprelin sonunda 65-70 sm uzunluğunda çuxur qazır. Mayda 5-7 ağ yumurta qoyur. 19-20 gün kürt yatır. Həşəratları ancaq dişi yemləyir. Bəzi cütlər mövsüm ərzində 2 dəfə cücə çıxardır. Yalqız və ya cütlərlə gəzir. Xırda balıqlar və su həşəratları ilə qidalanır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Banqladeş quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar