() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli ksilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28), eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalar çiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yetişir. Hündürlüyü 30 (35) m-ə qədər, diametri 1,5 (2) m, enli, budaqlı çətiri olan ağacdır. Tumurcuqları iri, yumurtaşəkilli, tünd-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu (8) 10-25 smdir,uzunsov-neştərvari, neştərvari və ya uzanmış uzunsovdur, qaidəsinə doğru daralmış, uc hissədə dartılı-sivridir, üst tərəfdən çılpaq, alt tərəfdən sıx ulduzşəkilli-tüklüdür, kənarları bizvari, adətən içəri əyilmiş zoğlarla tamamlanan dişlərlədir; yarpağın alt tərəfindən nəzərə çarpan damarları 16-28 (30) cütdür. Erkəkcikli çiçəkləri sarımtıl rəngli, ətirlidir,uzun ox üzərində yumaqcıqda oturaraq, çiçəkləri solandan sonra tökülən, uzun düzduran salxım əmələ gətirir. Dişicikli çiçəkləri 1-3 ədəd və ya daha çox olmaqla yumaqcıqda yerləşir. Meyvəsi parıldayan, qalın dərili,meyvə yanlığı qəhvəyi rəngli olan qozdur;qozlar bir tərəfdən qabarıqdır, 2-3 (1) ədəddir,gec açılan olub, xaricdən uzun sivri iynəlidir, şarşəkilli qoza ilə tamamlanır. İyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr ayında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofitdir. Təzə, dərin, açıq qonur çöküntülü dağ-meşə qurşaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlıqlaşmış yerləri sevmir. Şabalıd meşəlikləri nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200(1300)m hündürlükdə, yamacın rütubətli şimal, qərb və qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq-vələs və vələs-palıd meşələrində bitir. Qida bitkisidir.
Status Arealı tədricən azalan relikt növdür.
Yayılması Zaqatala (qoruğun ərazisi), Qəbələ (Vəndam və Bum çayları vadilərində) və rayonları. Qavqazın qalan hissəsində - Qərbi Zaqafqaziya, Cənubi Osetiya MB. Azərbaycandan kənarda – Kiçik Asiya və Qərbi Avropanın cənubu.
Azərbaycanda yayılması Zaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat, Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast gəlinir. BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz. (Xocalıçay), Lənk. dağ. Orta və yuxarı,bəzən aşağı dağ qurşaqlarında rast gəlinir.
Sayı və tendensiyası Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Təsərrüfat əhəmiyyəti Şərq fıstığı tikinti işlərində, sualtı tikintidə, gəmiqayırmada, dülgər və mebel düzəldilməsində və s. istifadə olunur.Zoğ və yarpaqları iri buynuzlu heyvanların yemdir. Həmçinin dekorativ əhəmiyyəti vardır.
Yaşayış mühiti Digər cinslərlə birgə təmiz meşə əmələ gətirir.
Məhdudlaşdırıcı amillər Zoogen amillər (meyvələrin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi), fitopotoloji və antropogen amillər (əhali tərəfindən meyvələrin yığılması)
Mühafizə tədbirləri Zaqatala Dövlət Qoruğunda mühafizə olunur.
Bitdiyi yer Dəniz səviyyəsindən 600–1100 m yüksəklikdəki zolaqda, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, təzə, rütubətli qonur-gillicəli torpaqlarda bitir.
Meşədə şabalıda palıd, vələs, ağacları ilə birgə rast gəlinir. Antropogen amillərin qüvvətli təsirinə məruz qalan sahələrdə şabalıd vələslə əvəz olunur.
Ehtiyatı Şabalıdın əsas meşə massivlərinə Qəbələ rayonunda təsadüf edilir. Azərbaycanda ehtiyatı ümumiyyətlə azdır. Ümumi sahəsi 1000 ha yaxındır. Çoxalması toxumladır.
Ehtiyatının dəyişilmə səbəbləri. Tikinti materialı və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi, xəstəliyi və meyvəsinin toplanması.
Becərilməsi Böyük Qafqaz rayonlarında geniş sahələrdə əkilir. Bakıda Azərbaycanın Botanika İnstitutunun botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri Zaqatala qoruğunda mühafizə olunur.
Zəruri qorunma tədbirləri Mövcüd şabalıd meşələrini qorumaq, meşə əkinlərində və bağlarda geniş miqyasda becərmək. Qəbələ rayonunda Bumçay vadisində yasaqlıq yaratmaq lazımdır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çərəzlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Afrika florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Avropanın dərman bitkiləri