Lazulit — mineral, (Mg,Fe2+)Al2 [PO4ïOH]2.
Haqqında Lazulit (Mg>Fe) - skorsalit (Fe>Mg) - barbosalit (Fe) tam izomorf seriyasının olması ehtimal edilir. Tərkibində bəzən SiO2, Fe2O3, CaO olur. Monoklinik. Habitus itipiramidal və lövhəvari. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi göy. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,1. Yüksək dərəcədə metamorfizmə uğramış, kvarsla zəngin gil-torpaq süxurlarda, kvars damarlarında, peqmatitlərdə və i.a. Növü: kalsium-lazulit. Sinonim: Mollit.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Fosfatlar (minerallar) Kateqoriya:Monoklinik sinqoniya mineralları