Sevinc Qasımova — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdirinin müavini.
Həyatı Sevinc Qasımova, 1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru və dosentdir.
Təhsili Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1982–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi fəaliyyəti 1999-cu ildə "Mirzə Kazımbəyin tarixi baxışları" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
65 elmi məqalənin, 10 tədris proqramının müəllifidir. 2 dərs vəsaiti, 1 metodik vəsaiti və 1 monoqrafiyası vardır.
Tədqiqat sahəsi Sevinc Qasımovanın əsas tədqiqat sahəsi Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı və Mirzə Kazım bəyin həyatı və yaradıcılığıdir.
Əmək fəaliyyəti 1994-cü ildən BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır."Azərbaycan tarixinin mənbəşünaslığı", "Azərbaycan tarixinin tarixşünaslığı", "Tarixi biliyin elmə çevrilməsi", "1920–1930-cu illərdə Azərbaycanda antisovet çıxışlar", "Azərbaycanda kapitalizmin genezəsi və onun xüsusiyyətləri", "Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı, Mirzə Kazımbəy tarixli görüşləri" üzrə kurslar tədris edir.
Tədris etdiyi fənlər Tarixşünaslıq Mənbəşünaslıq A. A. Bakıxanov tarixşünaslığın banisi kimi M. Kazımbəyin tarix görüşləri
Mükafatları 2016-cı ilin 1 – 4 dekabrında "Elmi çalışmalarda Türk elmi həyatına qatqılarına görə Xoca Əhməd Yasəvi mükafatı"na layiq görülüb.
Əsərləri
Monoqrafiya 2014-cü ildə Mirzə Kazımbəy:Şərq və Qərb arasında körpü adlı monoqrafiyası nəşr edilmişdir.
Məqalələri 65 elmi məqalənin müəllifidir. Onlardan bəziləri bunlardır:
Babilər hərəkatı. Fərqli baxışlar. Dirçəliş –XXX əsr, 2005. № 11–19 M. Kazımbəy və onun məktəbi Tarixf və onun problemləri toplusu. Bakı, 2006, № 2. Mirzə Kazımbəy Şərq ədəbiyyatı və tarixinin tədqiqatçısıdır. Tarix və onun problemləri. Bakı, 2007, № 3 9əlavə). H. Əliyev anadan olmasının 81 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. B., 2008 Dünya orientalizminin korifeyi"Bakı Дюvlət Universitetinin 90 illik yubileyi mцnasibəti ilə tarix fakцltəsi əməkdaşlarının elmi praktik konfransının materialları. Bakı, 2009 Uyğurlar haqqında tədqiqat. Bakı Dюvlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Bakı, 2009 Orxon-Yenisey abidələrinin юyrənilməsi səviyyəsi" "Tцrk dünyası:Dцnəni və bu günya" mövzusunda beynəlxalq elmi konfrans. Bakı, 2011 Azərbaycan tarixinə dair dəyərli mənbə" BDU-nun Xəbərləri (humanitar elmlər seriyası). Bakı, № 4, 2011 Ziya Bцnyadov medeovist kimi, Академик З.Бцнйадовун 90 иллик yubileyinə həsr olunmuş kofrans, materialları Bakı, 2012 "Dərbəndnamə" əsəri Azərbaycanın tarixinə dair mənbə kimi, Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri. Beynəlxalq elmi konfrans, Bakı, 2012 İkinci dünya müharibəsinin nəticələrində Azərbaycanın həlledici rolu (tarixşünaslıq məsələləri)Azərbaycanın II dünya müharibəsində və Qafqazda holokostun önlənməsində rolu" mövzusunda beynəlxalq simpozyumun materialları (17 – 19 oktyabr 2012), 2012 Maarifçilikdən inqilabi demokratizmə doğru: M. F. Axundzadə "Tarix və onun problemləri" jurnalı, H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış, Bakı, 2013, № 2 Maarifcilik herekatının evrimi ve onun Türk düşünce tarihinde yeri: Tarihcilik yönünde İnternational Sempozium on History Education −2014, 25–27 haziran, Türkiyə, Sakarya Qədim paytaxt şəhər: Şamaxı mənbələrdə və tarixi tədqiqatlarda. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəsin təşkil etdiyi Azərbaycan paytaxtları elmi-praktik konfransın məqalələr toplusu. Bakı, 2014. XIX yüzillikdə və XX yüzilliyin I yarısında Azərbaycanda ictimai-tarixi görüşlər. İxtisas kursunun proqramı, Bakı, 2015. Azərbaycan Xalq Cümhuriyyətinə maarifçilik hərəkatından gedən yol: tarixçilik baxımından. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları 21–23 May, 2018, s.257–264.
Həmçinin bax BDU BDU Tarix fakültəsi
İstinadlar
Kateqoriya:Qadın tarixçilər Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri