Bəşir Göyüş oğlu Musazadə () — Azərbaycanda qabaqcıl kənd təsərrüfatı mütəxəssisi. İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1968), Sosialist Əməyi Qəhrəmanı (1948).

Həyatı Bəşir Göyüş oğlu Musazadə 15 fevral 1904-cü ildə Goranboy rayonun Fəxralı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirmişdir. Kirovabad (indiki Gəncə) şəhəri hərbi komisarlığında, Qasım İsmayılov (indiki Goranboy) rayonundakı "28 Aprel" sovxozunda, Ağstafadakı 75 saylı Atçılıq zavodunda, Şəki rayonundakı Orconikidze adına taxılçılıq savxozunda, Azərbaycan SSR Sovxozlar Nazirliyində aqronom və s. vəzifələrində işləmişdir (1934-1968). 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

1947-ci ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur.Vüsal Xoylu, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə (2010), (Səh. 54)

Bəşir Musazadə 1991-ci ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları Lenin ordeni "Oraq və Çəkic" medalı

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. 7-ci cild (Səh. 95) SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı Vüsal Xoylu "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə (2010), (Səh. 54) Герои Социалистического Труда Азербайджана

İstinadlar

Kateqoriya:Azərbaycan aqronomları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər