Musabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.

Mədəniyyəti Kənddə M. K. Rəhimov adına orta məktəb vardır.

Coğrafiyası və iqlimi Musabəyli kəndi şərqdən Qaraqoyunlu, qərbdən Növcü kəndi ilə həmsərhəddir. Qaraqoyunlu ilə bu kəndi Nazir çayı ayırır.

İqtisadiyyatı Kənd əhalisi əsasən əkinçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur.

Din Kənddə Musabəyli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

İstinadlar

Kateqoriya:Ağsu rayonunun kəndləri