Elçin Quliyev və ya Elçin Səlcuq () — Azərbaycan jurnalisti.

Həyatı Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər sirrozundan vəfat etmişdir.

Fəaliyyəti 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997–1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998–2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.

Əsərləri Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır. Kitab 2005-ci ildə çap olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azadlıq qəzetinin jurnalistləri Kateqoriya:Qaraciyər sirrozundan ölənlər