Entoni Kiedis () — amerikalı musiqiçi, musiqi yazıçısı və reperdir. Müğənni 1983-cü ildə yaradılmasında iştirak etdiyi Red Hot Chili Peppers qrupunun hal-hazırda da solistidir. Kiedis və digər qrup üzvləri 2012-ci ildə Rock and Roll Hall of Fame'ə daxil ediliblər. Uşaqlığını Miçiqanda, anası ilə ilə keçirən Kiedis 12 yaşına qısa müddət qalmış Hollivuda, atası ilə yaşamağa köçmüşdü. Fairfax məktəbində təhsil aldığı vaxtlarda Kiedis sonradan birlikdə qrup yaradacağı Flea və Hillel Slovakla da tanış olmuşdu. Məktəbdən sonra UCLAdə təhsil almağa başlayan müğənni 2-ci ilində universiteti atmışdı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ musiqiçiləri