— "Square Enix" və "Acquire" tərəfindən hazırlanan və "Nintendo" tərəfindən nəşr olunan növbəyə əsaslanan rol videooyunu. Oyun 14 noyabr 2018-ci il tarixində Nintendo Switch platforması üçün eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun satışa çıxarıldıqdan bir ay sonra bir milyondan çox nüsxə satmışdır. Bu isə onu Nintendo Switch platformasının ən çox satan videooyunlarından biri etmişdir.
Oyunun süjeti Orsterra adlı uydurma bir dünyada cərəyan edir. "Octopath Traveler" səkkiz fərqli personajdan bəhs edir və onların hər birinin özəl hekayə arkı mövcuddur. Bu personajlar – ruhani Ofiliya, alim Sirus, tüccar Tressa, cəngavər Olberik, zadəgan rəqqas Primroz, əczaçı Alfin, oğru Terion və ovçu H'aanit. Hekayələr arasında bəzən üst-üstə düşmə olsa da əksər hissələri xüsusidir.
"Octopath Traveler" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun personajları, səs aktyorluğu, mütərəqqi döyüş sistemi, vizualları və ümumi estetikasına görə təriflənmiş, ancaq bir-birinə oxşar və sönük süjetlərinə görə tənqid edilmişdir. Oyun bir çox tənqidçi tərəfindən şahəsər və ən yaxşı müasir JRPG-lərdən biri hesab edilmişdir.
Qurma Süjet Oyunun süjeti Orsterra adlı uydurma bir dünyada cərəyan edir. oyunçuların başlanğıcdan seçə bildiyi və daha sonra dəyişdirə bildiyi səkkiz fərqli protaqonistin hekayəsindən ibarətdir. Bu personajlar – ruhani Ofiliya, alim Sirus, tüccar Tressa, cəngavər Olberik, zadəgan rəqqas Primroz, əczaçı Alfin, oğru Terion və ovçu H'aanit. Oyunçu səkkiz protaqonistdən birini seçdikdən sonra oyuna Orsterra mərkəzi vilayətlərində yerləşən gölün yaxınlıqlarında başlayırlar.
Bütün personajların müxtəlif hekayələrini bitirdikdən sonra onların hər birinin əsas hədəflərinin həyat və ölüm tanrısı olan Qaldera və onu sərbəst buraxmaq barədə olan gizli bir layihə ilə əlaqədar olduğu aşkar edilir. Bunu öyrəndikdən sonra personajlar Hornburq krallığındakı Finnis darvazasına gedirlər və Qalderanınn həbs olunduğu yeri tapırlar. Onlar yenicə sərbəst buraxılmış Qaldera ilə vuruşub onu məğlub edirlər.
Orsterra Orsterra ( – yer, dünya) "Octopath Traveler" kainatındakı uydurma bir dünyadır və oyunun cərəyan etdiyi əsas yerdir. Orsterra 8 vilayətə bölünmüşdür. Onlar – "Frostlands" (), "Flatlands" (), "Coastlands" (), "Highlands" (), "Sunlands" (), "Riverlands" (), "Cliftlands" (), "Woodlands" ().
Frostlands (, Frostlends) – Orsterranın şimalında yerləşən vilayət. Vilayət soyuq iqlimi ilə xarakterizə edilir. Vilayətdə Fleymsqreys (, Alovlar ərdəmi), Stillsnou (, Sakit qar) və Nortriç (, Şimal məkan) şəhərləri mövcuddur. Vilayətin paytaxtı və ən böyük şəhəri olan Fleymsqreys ruhani Ofiliyanın anadan olduğu yerdir və dinin mərkəzi hesab edilir. Vilayətin qərbində "Woodlands", şərqində isə "Flatlands" mövcuddur.
Flatlands (, Fletlends) – Orsterranın şimal-qərbində yerləşən vilayət. Vilayət düzənlik əraziləri ilə xarakterizə edilir. Vilayətdə Atlasdam ( Atlas dəhnəsi), Noblkort (, Zadəgan sarayı) və Uispermill (, Pıçıltı dəyirmanı) şəhərləri mövcuddur. Vilayətin paytaxtı və ən böyük şəhəri olan Atlasdam alim Sirusun anadan olduğu yerdir və elmin mərkəzi hesab edilir. Vilayətin qərbində "Frostlands", şərqində isə "Coastlands" mövcuddur.
Coastlands (, Kostlends) – Orsterranın şərqində yerləşən vilayət. Vilayət soyuq iqlimi ilə xarakterizə edilir. Vilayətdə Rippltayd (, Ləpə axını), Qoldşor (, Qızıl sahil) və Qrendport (, Böyük liman) şəhərləri mövcuddur. Vilayətin paytaxtı və ən böyük şəhəri olan Rippltayd tüccar Tressanın anadan olduğu yerdir. Şəhərin böyük bir limanı var və ticarət mərkəzi hesab edilir. Vilayətin qərbində "Flatlands", cənubunda isə "Highlands" mövcuddur.
Highlands (, Haylends) – Orsterranın cənub-şərqində yerləşən vilayət. Vilayət dağlıq relyefi ilə xarakterizə edilir. Vilayətdə Kobblston (, ), Stonqard (, Daş qəyyumu) və Everhold ( Əbədi qəsr) yaşayış məntəqələri mövcuddur. Vilayətin qərbində yerləşən Kobblston cəngavər Olberikin anadan olduğu yerdir. Vilayətin şimalında "Coastlands", qərbində isə "Sunlands" mövcuddur.
Vilayət 200 ildən çox müddət idi ki, Hornburq krallığı () tərəfindən idarə olunurdu, ancaq krallıq vətəndaş müharibəsinə görə süquta uğramışdır. Bu hadisədən sonra yerdə qalan feodallar regionu idarə etmək üçün bir-birləriylə vuruşmuşdular. Onlar arasında kiçik həcmli qarşıdurmalar hələ də davam edir.
Sunlands (, Sanlends) – Orsterranın cənubunda yerləşən vilayət. Vilayət isti iqlimi ilə xarakterizə edilir. Vilayətdə Sunşeyd (, Günəş kölgəsi), Uellsprinq (, Quyu çeşməsi) və Marsəlim () şəhərləri mövcuddur. Vilayətin şimalında yerləşən Sunşeyd zadəgan rəqqas Primrozun anadan olduğu yerdir. Vilayətin qərbində "Riverlands", şərqində isə "Highlands" mövcuddur.
Vilayətdə yerli olan on iki tayfa əsrlər boyu bir-birləri ilə kiçik bir vahə uğrunda vuruşmuşdular. Buna baxmayaraq, Marsəlim-əsaslı Yaşum tayfası 100 il əvvəl bütün tayfaları birləşdirmiş və Triberiya krallığını () qurmuşdur. Kral Ümumi Başçı Məclisindəki tayfa başçıları tərəfindən səsvermə yolu ilə seçilir.
Riverlands (, Riverlends) – Orsterranın cənub-qərbində yerləşən vilayət. Vilayət otlaq əraziləri və çayları ilə xarakterizə edilir. Vilayətdə Klirbruk (, Açıq kiçik çay), Seyntsbric (, Müqəddəslər körpüsü) və Riverford ( Çay keçidi) şəhərləri mövcuddur. Vilayətin şərqində yerləşən Klirbruk əczaçı Alfinin anadan olduğu yerdir. Vilayətin şimal-şərqində "Cliftlands", qərbində isə "Sunlands" mövcuddur.
Cliftlands (, Kliftlends) – Orsterranın qərbində yerləşən vilayət. Vilayət qayalı coğrafiyası və uçurumları ilə xarakterizə edilir. Vilayətdə Bolderfall ( Valun düşən), Kvarikrest (, Karxana zirvəsi) və Oruell (, Filiz quyusu) şəhərləri mövcuddur. Vilayətin qərbində yerləşən Klirbruk oğru Terionun anadan olduğu yerdir. Vilayətin şimalında "Woodlands", cənub-qərbində isə "Riverlands" mövcuddur.
Woodlands (, Vudlends) – Orsterranın şimal-qərbində yerləşən vilayət. Vilayət böyük meşələri ilə xarakterizə edilir. Vilayətdə S'varkii (, Açıq kiçik çay), Viktors-Hallou (, Qaliblər çalası) və Daskberrou (, Alaqaranlıq təpəsi) şəhərləri mövcuddur. Vilayətin cənub-şərqində yerləşən S'varkii ovçu H'aanitin anadan olduğu yerdir. Vilayətin cənubunda "Cliftlands", qərbində isə "Frostlands" mövcuddur.
Tanrılar "Octopath Traveler" kainatında cəmi 13 tanrı mövcuddur. Onlar – Mərhəmətli Dohter (, , – həkim), Odgətirən Aelfrik (, ; ), Məlahət banusu Seyltic (, ; – rəqqas), Ovçu Draefendi (, ; – ovçu), Tüccar Bifelqan (, ; – təhvil vermək, ötürmək), Alim kral Alefan (, ; – alef), Oğrular şahzadəsi Aeber (, ; – adı çıxmış, dilə düşmüş), İldırımqılınc Brend (, ; – məşəl, qılınc), Runaqılınc Baloqar (, ; – kinli, təhlükəli, – itiuclu qılınc), Arximaq Dreysanq (, ; – sehr, – mahnı, oxumaq), Ulduzizləyən Steorra (, , – ulduz), Müharibəgətirən Vinnehild ( , – müharibə, – döyüşçü), Yıxımış Qaldera ( , – cadugər). Qaldera istisna olmaqla, tanrıların hər birinə həsr olunmuş xüsusi səcdəgahlar mövcuddur. Oyunçular by səcdəgahlara ziyarət edəndə səcdəgahla əlaqəli olan tanrı onlara hədiyyələr bəhs edirlər.
Minillər əvvəl Qaldera digər tanrılara xəyanət etmiş və onların güclərini özünə götürməyə cəhd göstərmiş, ancaq uğursuz olmuşdur. O, Odgətirən Aelfrik tərəfindən Finnis darvazasının arxasında yerləşən sonsuz qaranlıq bir diyarda həbs edir. Bununla birlikdə Qaldera "yıxılmış" ləqəbini qazanmışdır. Buna baxmayaraq, Qalderanın qızı Liblas (; – sehrbazlıq) onu xilas etmək üçün əlindən gələni etmişdir. O, Qalderanı həbs etmiş Odin Krossfordun nəslinin üzvlərinin arxasına düşür. Liblas Qraham Krossfordu öldürməyə çalışır, ancaq uğursuz olur. Buna görə də o, Qrahamın övladı Kit Krossfordu izləyir.
Personajlar Oyunun cəmi səkkiz protaqonisti var. Onların hər birinin özünə məxsus bacarıqları var.
–
–
–
–
–
–
–
–
Geympley
Qəbul Tənqidçilərin mövqeyi
Satışlar
Mükafatlar
Qeydlər
İstinadlar
Xarici keçidlər Məlumat
Octopath Traveler – octopathtraveler.wikia.com saytında.
Treylerlər
Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:Fentezi videooyunları Kateqoriya:Rol videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Square Enix oyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Stadia videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Square Enix franşizaları