() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Süni hibrid növdür və cinsin təsdiq olunmuş növləri arasında yer almır.
Arealı Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır.
Botaniki xarakteristikası Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3–5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10–14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda — sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.
Ekologiyası İstiyə davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması Respublikamızın bir çox rayonlarında həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi Sarmaşan bitki kimi canlı çəpərlərin salınmasında istifadə olunur. Tibbdə və yaşıllaşdırmada istifadəsi tövsiyə olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bitki hibridləri Kateqoriya:Şərqi Asiya florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları