Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — Azərbaycanda bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. 1992-ci ildə yaradılıb. Səhmlərinin 92,19%-i dövlətə məxsusdur və Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyindədir. 2025-ci ildə bankın müştərilərinin sayı 3,2 milyonu ötüb.
Tarixi Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətində müstəqil siyasət yeritmək məqsədilə keçmiş SSRİ Xarici İqtisadi Fəaliyyət Bankı Azərbaycan Respublika Bankının bazasında Azərbaycan Respublikasının Beynəlxalq Bankı adı ilə yaradılmış və eyni Fərmanla Vaqif Qafar oğlu Əhmədov Azərbaycan Respublikası Beynəlxalq Bankının Prezidenti təyin edilmişdirAzərbaycan Respublikasının Beynəlxalq Bankının yaradılması haqqında 545 nömrəli Fərman
thumb|upright|Bakıda ABB-nin filialı (2018) "ABB" ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın baş ofisi Bakıda yerləşir. 2023-cü ilin sonuna bankın 81 xidmət ofisi (31-i Bakıda, 50-si regionlarda) və 957 bankomatı olub. 2024-cü ildə bankda 4 mindən çox əməkdaş çalışıb.
ABB "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən "ABB" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı"na daxil edilmişdir.
ABB səhmdarları "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli sərəncamına əsasən 11 iyun – 24 sentyabr 2024-cü il tarixlərində ABB səhmlərinin kütləvi təklif üsulu ilə emissiyası həyata keçirilib. Emissiya nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb, bankda özəl səhmdar payı 7,8%-ə qədər yüksəlib.
+ ABB-nin səhmdar strukturu Səhmdar Pay Dövlət müəssisələri 92,19% Fiziki şəxslər 7,20% Hüquqi şəxslər 0,38% "Aqrarkredit" QSC 0,22%
Xidmətlər ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.
1996-cı ildə ABB "AzəriKard" prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ABB Xankəndidə filialını açan ilk bank olub.
1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.
2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda "ABB-Moskva Bankı" adı altında fəaliyyət göstərir.
2019-cu ildə ABB müştərilərə investisiya xidmətləri göstərən ABB İnvest şirkətini yaradıb və qısa müddət sonra ABB mobile tətbiqi üzərindən investisiya və sığorta fəaliyyətini hər kəsə əlçatan edib.
2019-cu ildə ABB ölkənin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan tələbatı nəzərə alaraq ABB Tech Akademiyasını, 2020-ci ildə isə ABB İnnovasiya Mərkəzini qurub.
2019-cu ildə ABB çoxfunksiyalı TamKart məhsulunu təqdim edib və böyük partnyor şəbəkəsi formalaşdırıb.
2023-cü ildə ABB həm rəqəmsal, həm real təcrübə ilə əldə edilən Tam DigiCard məsulunu, həmçinin DigiDeposit məhsulunu bazara təqdim edib.
ABB korporativ müştərilər üçün 2022-ci ildə İnternet Bankçılıq platformasını yaradıb. Hazırda korporativ müştərilərə aid əməliyyatların 96%-dən çoxu rəqəmsal formada həyata keçirilir.
ABB 2024-cü ildə kiçik sahibkarlar üçün ABB Biz tətbiqini istifadəyə verib.
2023-cü ilin sonuna bankın 957 bankomatı (496-sı Bakıda, 461-i regionlarda) olub.
Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.
ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar.
Maliyyə göstəriciləri Bankın dayanıqlı inkişaf hesabatlarına görə əsas göstəricilər: Göstərici 2022 2023 2024 2025 Xalis mənfəət, mln manat 288,8 381 360 404,5 Ümumi aktivlər, mlrd manat 14,2 14 14,1 — Xidmət ofisləri 78 81 — — Bankomatlar 938 957 — —
2025-ci ildə bankın kredit portfeli 12% artaraq 7,17 milyard manata çatıb, ümumi kapital adekvatlığı əmsalı 25,80% olub.
Müşahidə Şurası ABB-nin Müşahidə şurasına aşağıdakı üzvlər daxildir:
Sədr: Şahmar Arif oğlu Mövsümov Emin Zamin oğlu Hüseynov Xalid Nurəddin oğlu Əhədov Mətin Balasən oğlu Eynullayev Fəxri Yaşar oğlu İsmayılov Məcid Həsən oğlu Məmmədov Rüfət Rəhim oğlu Əlimərdanov
İdarə heyəti ABB-nin İdarə Heyətinə yeddi üzv daxildir:
Sədr: Abbas İbrahimov Sədr müavini: Vasif Əhmədov Sədr müavini: Taleh Tahirli Sədr müavini: Aqşin Əmirov Sədr müavini: Nəbi Əliyev Sədr müavini: Elmir Həbibullayev Sədr müavini: Nərgizxanım Biləndərli
Fəaliyyət
Qarşılıqlı partnyorluq münasibətləri "VISA PayWave" və "Mastercard PayPass", NFC, Payment Rings ödəniş texnologiyalarını ölkədə ilk dəfə məhz ABB tətbiq etməyə başlayıb.
VISA ilə tərəfdaşlıq çərçivəsində "Sıfır məsuliyyət" (Zero liability) siyasətinin tətbiqi də ölkədə yeganə olaraq ABB-nin adı ilə bağlıdır.
2019-cu ildə İtaliyanın "Yuventus" futbol klubunun regional partnyoru olan ABB klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.
Mükafatlar "Euromoney", "Global Finance", "The Banker" nəşrləri müxtəlif illərdə ABB-ni ölkə üzrə ilin ən yaxşı bankı seçib.
ABB 2023-cü ildə də "The Banker" jurnalının, 2024-cü ildə "Euromoney" jurnalının "İlin ən yaxşı bankı" mükafatına layiq görülüb.
2024-cü ildə "The Brandon Hall Group" beynəlxalq təşkilatı ABB-ni istedadların idarə olunması, həmçinin öyrənmə və inkişaf sahəsində 2 Mükəmməllik Mükafatına layiq görüb.
2024-cü ildə "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatı ABB-yə "Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatını təqdim edib.
2025-ci ildə ABB "Global Finance" və "The Banker" nəşrləri tərəfindən ölkənin ən yaxşı bankı, "Euromoney" tərəfindən isə ölkənin ən yaxşı rəqəmsal bankı seçilib; "Top Employers Institute" bankı yenidən "Ən yaxşı işəgötürən" kimi sertifikatlaşdırıb.
Korporativ sosial məsuliyyət layihələri ABB vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalaraq Azərbaycanda təhsil və innovasiyaların, idmanın inkişafına dəstək verir, ölkə və cəmiyyət həyatı üçün bir çox əhəmiyyətli məsələlərin dəstəklənməsində həmrəylik göstərir.
Azərbaycanda innovasiyaların inkişafına dəstək, əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin yetişdirilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirən Bank 2019-cu ildə ABB Tech Akademiyasını yaradıb.
Beynəlxalq reytinqlər ABB-nin 2025-ci ilə olan beynəlxalq kredit reytinqləri: Agentlik Reytinq Proqnoz Fitch Ratings Uzunmüddətli emitentin defolt reytinqi – BB; dayanıqlıq reytinqi – bb Pozitiv Moody's Uzunmüddətli depozit reytinqi – Ba1 (2025-ci ildə Ba2-dən yüksəldilib); əsas kredit qiymətləndirməsi – ba2; qarşı tərəfin risk reytinqi – Baa3 Stabil
Üzvlüklər ABB aşağıdakı peşəkar təşkilat və sistemlərin üzvüdür:
Azərbaycan Banklar Assosiasiyası (ABA) Bakı Fond Birjası (BSE) Dünya Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyəti (SWIFT) MasterCard International VISA International American Express® Union Pay SWIFT Reuters informasiya sistemi Bloomberg informasiya sistemi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası Azərbaycan-Amerika Ticarət Palatası İsrail-Azərbaycan Ticarət Palatası Caspian European Club
Mənbələr ABB-nin rəsmi saytı TamKart ABB Miles ABB Link ABB Tech Akademiyası/ ABB Innovation
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan bankları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:10 yanvarda yarananlar Kateqoriya:Bakı şirkətləri Kateqoriya:1992-ci ildə yaradılan banklar Kateqoriya:Azərbaycan brendləri