Daşkörpü — Ermənistanın Şirak mərzində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Sürməli qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. Mərz mərkəzindən 3 km məsafədə yerləşir.
Tarixi Kənd Qars əyalətinin Daş körpükəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdir.
Əhalisi Burada tarixən azərbaycanlılar yaşamışdır. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı buradan qovulmuşdur."Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri