thumb|300px|Yeni İl Bayramı atributları thumb|Şaxta baba Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir.
Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Tarixi thumb|left|Yeni ildə Moskvada bəzədilmiş şam ağacı Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.(Rusiyada 15) 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə [Qərbi Avropa]ya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.Bu bir təsadüf idi.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. Yeni il
Tarixi məlumat Tarixçilərin fikrincə, Yeni il ənənələrinin yaşı 5000 mindən az deyil. Bu ənənələr əkinçilik mədəniyyətinin yaranması ilə bağlıdır. Bir çox xalqlarda yeni il 1 sentyabrdan və ya bahar və yaxud payız gecə-gündüzünün bərabərliyindən sonra başlayırdı.
Yeni ilin qışın ortalarında qeyd etmək ənənəsi e.ə.45-ci ildə Qədim Romada Yuli Sezarın təşəbbüsü ilə yaranıb. Yeni qəbul edilən və təsisçisinin şərəfinə Yulian təqvimi adlandırılan təqvimdə hər ay birinin adını daşıyıb və Yeni il yanvarın 1-dən başlanıb. Belə sayılır ki, Yeni ili şənlənərək və evləri bəzəyərək qeyd etmək ənənəsi məhz o zamanlar yaranıb.
Orta əsr Avropasında Yeni ilin qeyd edilməsi bütpərəstlərlə assosiasiya edilirdi. Buna görə də 567-ci ildə katolik kilsə 1 yanvarda yeni ili qeyd etməyi qadağan etdi. Lakin son orta əsrlərdə yeni ili yanvarın 1-dən başlamaq ənənəsi qaytarılır. Milad bayramı xristianlar tərəfindən İsa Peyğəmbərin Vifleyemdə doğulması şərəfinə qeyd olunur. Bu, xristian dünyasının on iki ən böyük bayramları arasında Pasxadan sonra ikinci əhəmiyyətli bayramıdır və IV-cü əsrdən başlayaraq xristian dininə itaət edən xalqlar tərəfindən qeyd edilir. Miladda hədiyyə vermək ənənəsi Bibliyada körpə İsaya hədiyyə gətirən volxvlar (cadugərlar, falçılar, mütəfəkkirlər) haqqında rəvayətə əsaslanır.
Avropada quraşdırılan Milad küknarı (yolkasıvə ya şam ağacı) haqqında ən qədim sənədlər XVI-cı əsrin əvvəllərinə aiddir. Həmişə yaşıl küknar ağacı həyatın özünü və qaranlıq və zülmətdən dirçəlişi simvollaşdıran müqəddəs ağac sayılırdı. XVII-ci əsrdə Milad küknarı Almaniyada, Skandinaviya ölkələrində və bəzi Baltik ölkələrində artıq Miladın yayılmış rəmzi idi. Protestant ölkələrində Milad küknarının populyarlığı daha çox idi. Bu, küknarda şamların yandırılmasının ilk dəfə Martin Lüter tərəfindən icad edildiyi haqqında əfsanə ilə bağlı idi.
Rusiya imperiyasında Yeni ilin yanvarın 1-dən qeyd olunması Birinci Pyotrun 1699-cu il 15 dekabr tarixli fərmanı ilə təsis edilib.
Yeni il Avropa ölkələrində Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Yeni il həmçinin Azərbaycanda da qeyd olunur.Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar Qızın yolunu gözləyir.Bəzi insanlar deyir ki, Azərbaycan müsəlman ölkəsidir deyə yeni il keçirmək düzgün deyil.Bunlar səhvdir.Əslində yeni il təqvimin yenilənməsinə görə qeyd olunur. Əgər elə olsaydı, tədbirlər keçirilməz,şam ağacları bəzədilməzdi. Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.
Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.
Yeni il Rusiyada Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.
Milad küknarını qurmaq ənənəsi Rusiyada yalnız XIX-cu əsrin 20-ci illərində Peterburq almanları tərəfindən yayılıb. İlk dəfə Milad bayramı küknarla imperator ailəsində açıq qeyd edilməyə başlayıb. Birinci Nikolayın dövründə Qış sarayında hər il imperatorun uşaqları, qardaşı və bacısı uşaqları üçün küknar və hədiyyələrlə dolu bayramlar keçirilməyə başlayıb.
Daha sonra bu ənənə Peterburq zadəganları arasında yayılmağa başladı. Hətta Jukovskinin Puşkinə ünvanladığı məktubunda da deyilir: "Şənbə günü yolka olacaq". Bu zamanlar Milad ağacı Rusiyanın evlərində çox nadir hal idi, lakin dəbli yenilik kimi surətlə populyarlıq qazanırdı və 1840-cı illərin sonlarından Peterburq bazarlarında küknar ağacı satılmağa başladı. Müasir yazırdı: "Peterburqda hamı küknara aşiq olub. Məmurun kasıb otağından başlayaraq təmtəraqlı salonadək — Peterburqun hər yerində Milad axşamları küknarlar parıldayır, işıqlanır və titrək işıq verir"
Şaxta Baba Yeni il yolkaları sistemindən başqa Şaxta Babanı evə dəvət etmək xidməti də mövcud idi. Burada bütün təşkilatçılıq məsələləri valideynlərin çiyinlərinə düşürdü — Şaxta Baba və Qar qızın evə gəlişini sifariş vermək, onun təqdim edəcəyi hədiyyəni müəyyən etmək və xidmətin pulunu ödəmək lazım idi. SSRİ-də bu bazarın alternativi yox idi. Şaxta Babaların hamısı dövlət tərəfindən bu cür xidmətlər göstərmək üçün səlahiyyət verilmiş "Şəfəq" firmasından gəlirdi. Bu mövsüm işinə teatr məktəblərinin tələbələri qəbul edilirdi.