() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir.
Botaniki xarakteristikası Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir. Yetişmiş meyvəsi torpağa düşür və çürüməyə başladıqda qoxusu qabanları cəlb edir.
Ekologiyası Soyuğa davamlıdır. Şoran olmayan torpaqda bitir.
Azərbaycanda yayılması Naxçıvan MR təbii halda rast gəlinir.
İstifadəsi Qida əhəmiyyətli bitkidir, təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Dekorativ görünüşə malikdir, çiçəkləmə zamanı gözəl görünür.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Pyer Edmond Boissier tərəfindən adlandırılmış taksonlar