() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqazda, Azərbaycanda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 2–2,5 m, illik zoğları yaşılımtıl olan düz dayanan koldur. Kiçik gövdələri çoxsaylı xırda iynəli, düz və ya əyilmiş, bünövrəsində oval, enəlmiş formadadır. Yarpaqların uzunluğu 6–8 sm-dir, əsas oxu vəziciklər və tükcüklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 15 mm, eni 4–5 mm, çılpaq, kənarları vəziciklidir. Xırda yarpaqların miqdarı 5–7 əd., uzunluğu 1,5–2,5 sm, eni 1,0–1,5 sm, lansetvari-ellipsvari formadadır, bünövrəsində və ucunda daralmışdır. Dişcikləri əsasən sadə, yuxarı əyilmişdir, vəzicikləri yoxdur, oturaq, üstü tamam çılpaqdır, alt tərəfində əsas damarcıqları az miqdarda tükcük və vəziciklərlə qarışıqdır. VI–VII aylarda çiçəkləyir, çiçəkləri tək-təkdir, çiçək altlıqları hər tərəfdən çılpaq, kənarları vəziciklidir. Çiçək saplağının uzunluğu 1,2–1,5 sm, vəzicikli-tükcüklüdür. Kasayarpaqları sapvari, yan çıxıntılı, çiçəklədikdən sonra və yetişmiş meyvələrdə yuxarı istiqamətlənmiş halda olur. Dişicik ağızcığının başı az tükcüklü, oturaqdır. Hipanti uzunsov-ellipsvari, uzunluğu 2,5 sm, eni 1,5 sm-dir, çiçək saplaqları kimi vəziciklər və tükcüklər ilə sıx örtülmüşdür.

Ekologiyası Yuxarı meşə zolağında, 1300 m hündürlükdə, kolların arasında bitir.

Azərbaycanda yayılması Kiçik Qafqaz, Gəncə şəhərində, Hacıkənddə geniş yayılmışdır.

İstifadəsi Meyvələri yeyilir, şərbət, cem hazırlanmasında istifadə edilir.

İstinadlar

Həmçinin bax