Düldül () — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdirS. Bashear. Riding beast on divine missions: An examination of the ass and camel traditions . Journal of Semitic Studies 37/1 (1991). pp62Duldul , Encyclopaedia of Islam Second Edition. Şiə alimlərinin sözlərinə görə Hz Əli Cəməl və Süffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klassik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır.

Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.

İstinadlar

Kateqoriya:Əli Kateqoriya:Məşhur atlar Kateqoriya:Qatırlar Kateqoriya:İslamda heyvanlar