Seksard (, ) — Macarıstanda şəhər və Tonya əyalətinin paytaxtı. Əhalisinin sayına görə Seksard Macarıstanda əyalət paytaxtı olan ən kiçik şəhərdir; ərazisinə görə isə Tatabanya şəhərindən sonra ikinci ən kiçik şəhərdir.

Coğrafiyası Seksard Transdunay dağları ilə Böyük Macarıstan düzənliyinin kəsişməsində yerləşir.

Tarixi Seksard haqqında yaşayış məntəqəsi kimi ilk dəfə 1015-ci ildə bəhs edilmişdir. Şəhərin əsası I Bela tərəfindən qoyulmuşdur.

1543-cü ildə Osmanlılar tərəfindən fəth edilmiş və 1686-cı ildə Habsburqlar tərəfindən işğal edilənə qədər Budin əyalətinin tərkibində olmuşdur.

Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Seksard aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

Beçey, Serbiya, 1975 Bezon, Fransa, 1967 Bitiqhaym-Bissinqen, Almaniya, 1989 Fedjet, Rumıniya, 1998 Luqoj, Rumıniya, 1993 Ravenna, İtaliya, 1996 Tornio, Finlandiya, 1986 Vareqem, Belçika, 1993

Qalereya

Həmçinin bax Macarıstan şəhərləri

İstinadlar

Xarici keçidlər

in Hungarian, English and German Aerial photography: Szekszárd

Kateqoriya:Macarıstan şəhərləri