Kiçik Macarıstan düzənliyi və ya Kiçik Alföld (, , ) — Şimal-qərbi Macarıstanın 8000 km-liyində, Slovakiyanın cənub-qərbində və Avstriyanın şərqində yerləşir. Macarıstanın əksər hissəsini əhatə edən Ortadunay düzənliyinin bir hissəsidir.
Coğrafiyası Şimaldan Karpat dağları, cənubdan Bakon-Verteş təpələri, şərqdən Qereçşe təpələri və qərbdən isə Alp dağlarının yamacları ilə əhatə olunur.
Tarixi Daş dövründən başlayaraq düzənlik əhəmiyyətli kənd təsərrüfatı sahəsi olmuşdur. Cənub hissəsi 1–5-ci əsrlər arası Romanın Pannoniya əyalətinin bir hissəsi olmuşdur. Daha sonra isə burada almanlar və slovaklar məskunlaşmışdılar. 900-cü ildən sonra isə macarlar burada məskunlaşmağa başladılar. 1000-ci ildən sonra region Macarıstan Krallığının tərkibinə daxil edildi. Birinci Dünya müharibəsindən sonra Kiçik Alföld Macarıstan, Çexoslovakiya və Avstriya arasında bölündü. 1990-cı illərdə Slovakiya Qabçikovoda böyük bir zavod inşa etdi.
Qalereya
Həmçinin bax Macarıstan coğrafiyası
İstinadlar
Kateqoriya:Macarıstan coğrafiyası Kateqoriya:Avropa regionları