Türkmənistan Elmlər Akademiyası — Türkmənistan Respublikasının ali elmi idarəsi.
Tarixi Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ EA-nın fililalı olaraq yaradılmışdırPrezident Elmlər Akademiyasının fəaliyyətini dayandırdı. axar.az, 03.02.2019 .
Saparmurad Niyazovun vaxtında fəaliyyəti dayandırılsa da, Qurbanqulu Berdiməhəmmədov 2009-cu ildən onun fəaliyyətini tam bərpa etmişdi.
Tərkibi Türkmənistan Elmlər Akademiyasına 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət, Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.
Maliyyələşməsi Türkmənistan Elmlər Akademiyası dövlət tərəfində maliyyələşirdi. Lakin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması barədə fərman imzalamışdır. Həmin fərman nəticəsində 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalmışdır.
İstinadlar
Kateqoriya:Milli akademiyalar Kateqoriya:Türkmənistanda elm və texnologiya Kateqoriya:1951-ci ildə yarananlar Kateqoriya:29 iyunda yarananlar Kateqoriya:Milli elmlər akademiyaları