Namiq Sevdimov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi

Karyerası Karyerasının birinci illərində Namiq Sevdimov 1999-cu ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu, 2000-ci ildə isə yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Namiq Sevdimov 2001-ci ildə gənclər arasında Dünya Çempionatını beşinci, 2003-cü ildə isə altıncı pillədə başa vurdu.

Avropa Çempionatlarında 2004-cü ildə debüt edən Namiq Sevdimov turniri yeddinci pillədə başa vurdu. 2005-ci ildə isə Namiq Sevdimov İzmir şəhərində tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib olmaqla birinci uğuruna imza atdı.

2006-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına, hərbçilər arasında Dünya Çempionatında isə qızıl medala sahib olan Namiq Sevdimov 2007-ci ildə Avropa və Dünya Çempionatlarında uğursuz çıxış eləsə də (müvafiq olaraq 10-cu və 30-cu pillələrdə qərarlaşdı) Hindistanda baş tutan hərbçilər arasında Dünya Oyunlarını gümüş medalla başa vurdu.

2008-ci ildə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla olimpiya lisenziyasına sahib olan Namiq Sevdimov olimpiadadan əvvəl Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.

Namiq Sevdimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın 1/8 final mərhələsində Namiq Sevdimov Şimali Koreya nümayəndəsi Yan Kon-İl ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 1:1 hesabı ilə başa çatsa da, son xalı rəqib qazandığına görə Namiq Sevdimov birinci hissədə məğlub oldu. Növbəti hissədə isə Namiq Sevdimov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu. Sonuncu hissədə Namiq Sevdimov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Kim Ho-Sub oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibinə 1:2 hesabı ilə məğlub olsa da, növbəti hissədə 1:0 hesabı ilə qalib gəldi. Həlledii hissədə də Namiq Sevdimov rəqibi üzərində qələbə qazandı (2:0) və olimpiadanın yarım-finaıl mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Henri Kexudo oldu. Namiq Sevdimovun ardıcıl üçüncü görüşü də gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqib 4:2 hesabı ilə qalib gəldi. Həlledici hissədə isə Namiq Sevdimov rəqibinə minimal fərqlə məğlub oldu (4:5). Bununla da Namiq Sevdimov mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüşdə onun rəqibi 2006-cı il Dünya Çempionatının qalibi Bolqarıstan nümayəndəsi Radoslav Velixov oldu. Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibinə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti hissədə rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Həlledici görüşdə isə Namiq Sevdimov rəqibinə minimal fərqlə məğlub oldu (0:1) və olimpiadanı beşinci pillədə başa vurdu.

Olimpiadadan sonra Namiq Sevdimov 2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olsa da, həmin il Dünya Çempionatını beşinci pillədə başa vurdu.

2010-cu ildə Gürcüstanda Qran-Pri beynəlxalq turnirində gümüş medala sahib olan Namiq Sevdimov həmin il Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini 8-ci pillədə başa vurdu. Namiq Sevdimov 2010-cu ildə idmanla vidalaşdı.

Karyerasını başa vurandan sonra Namiq Sevdimov Fövqəladə Hallar Nazirliyində çalışmağa başladı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11999Yeniyetmələrin Dünya Çempionatı Polşa1.22000Yeniyetmələrin Avropa Çempionatı Slovakiya2.32001Gənclərin Dünya Çempionatı Özbəkistan5.42003Gənclərin Dünya Çempionatı Türkiyə6.52004Avropa Çempionatı Türkiyə7.62005Avropa Çempionatı Bolqarıstan5.7Tələbələrin Dünya Çempionatı Türkiyə3.82006Qızıl Qran-Pri Azərbaycan3.9Hərbçilərin Dünya Çempionatı Azərbaycan1.102007Avropa Çempionatı Bolqarıstan10.11Almaniya Qran-Prisi Almaniya8.12Dünya Çempionatı Azərbaycan30.13Hərbçilərin Dünya Oyunları Hindistan2.142008Dünya Olimpiya Təsnifat Turniri İsveçrə3.15Qızıl Qran-Pri Azərbaycan1.16Olimpiya Oyunları Çin5.172009Qızıl Qran-Pri Azərbaycan1.18Dünya Çempionatı Danimarka5.192010Qran-Pri Gürcüstan2.20Qızıl Qran-Pri Azərbaycan8.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri