Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı.

23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib.

Məzmun

"Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur.

Nəşr

Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib.

İstinadlar

Həmçinin bax

Aydınlanma səyahəti

Xarici keçidlər

Kateqoriya:Ceylan Mumoğlu