Samvel Babayan (, ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Samo" ləqəbi ilə tanınır. Xocalı soyqırımını törədənlərdən biridir.

1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.

İstinadlar

Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Ermənistan generalları